Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-2/2024 18.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi k1 katibliyi ilə. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı çıxarışın geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı çıxarışın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı teleqram vuraraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, ərizəyə əlavə etdiyi sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq , məhkəmə qərara aldi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı çıxarışın geri qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən x1
Məhkəmə qərarları › İş №2(038)-2/2024
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-2/2024
18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver