Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-206/2023 09.06.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Mən Yardımlı Rayon Məhkəməsinin hakimi X7 İddiaçı X1 Cavabdehnə qarşı “tələbin borclunun əmək haqqına yönəldilməsinə dair Cavabdehin xx.xx.2023-cü il tarixli qərarının əsassız hesab edilməsi, yaşayış minimumu haqqında qanunun tələblərinin nəzərə alınması və əmək haqqından tutulmuş məbləğin onun kart hesabına qaytarılması” tələbi barədə iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı X3 Cavabdehnə qarşı Yardımlı rayon Məhkəməsinə iddia ərizəsi göndərərək “tələbin borclunun əmək haqqına yönəldilməsinə dair Cavabdehin xx.xx.2023-cü il tarixli qərarının əsassız hesab edilməsi, yaşayış minimumu haqqında qanunun tələblərinin nəzərə alınmasını və əmək haqqından tutulmuş məbləğin onun kart hesabına qaytarılması” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-206/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan iddiaçı X3 məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(038)- 206/2023 nömrəli qərardadından şikayət vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-900/2023 nömrəli qərardadı ilə Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-206/2023 nömrəli qərardadı ləğv edilmiş və şikayət baxılması üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-206/2023 nömrəli qərardadında qeyd edilmişdir ki, “məhkəmə borclu X1 Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının əsassız hesab edilməsi barədə şikayətini düzgün qiymətləndirməyərək səhvən onu iddia ərizəsi kimi qəbul etmişdir......Halbuki borclu X1 Yardımlı rayon məhkəməsinə ünvanladığı ərizəsinin mahiyyətindən açıq aydın görünür ki, o, Yardımlı rayon məhkəməsinin icra sənədinə əsasən Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu olaraq tələbin onun əmək haqqına yönəldilməsindən narazı (o, hesab edir ki, tələb icraya yönəldilərkən yaşayış minumumu haqqında qanunun tələblərinin nəzərə alınmamış, ondan tutulan pul məbləği qanunvericiliyin pozulması ilə nəticələnmişdir. Odur ki, əmək haqqından tutulmuş məbləğ onun kart hesabına qaytarılmalıdır) olduğunu qeyd edir və məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş edir. Belə olan halda isə şikayətə “İcra Haqqında” qanunun 87.1 -ci və 20-ci maddələrinə əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, X1 Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının əsassız hesab edilməsi barədə şikayətinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən məhkəmə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Odur ki, X2 icra sənədinin icra olunması ilə bağlı Cavabdehin icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat üzrə Yardımlı Rayon məhkəməsinə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 Cavabdehnə qarşı “tələbin borclunun əmək haqqına yönəldilməsinə dair Cavabdehin xx.xx.2023-cü il tarixli qərarının əsassız hesab edilməsi, yaşayış minimumu haqqında qanunun tələblərinin nəzərə alınması və əmək haqqından tutulmuş məbləğin onun kart hesabına qaytarılması” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. X2 icra sənədinin icra olunması ilə bağlı Cavabdehin icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat üzrə Yardımlı Rayon məhkəməsinə şikayət vermək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən X7
Məhkəmə qərarları › İş №2(038)-206/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-206/2023
09.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver