Məhkəmə qərarları › İş №2(038)-364/2023

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-364/2023

10.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-364/2023 10.08.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X27 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə, İddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh5, Cavabdeh1 iştirakı ilə, İddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh5, X7, X15 qarşı “paylı mülkiyyətdə olan payının ayrılıb verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh5, X7, X15 qarşı məhkəmədə iddia qaldıraraq Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli,11/1 saylı qərarına əsasən, JN 0024 KOD 80400018 nömrəli “ torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə verilmiş torpaq sahəsində onun və cavabdehlərin hər birinin payının müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə Yardımlı rayonun Perimbel kəndində doğulmuş və soyadı Fəttayeva olaraq qeyd edilmişdir. 2005-ci ildə X10 ilə evlənərək nikahları bağlandıqdan sonra Xurşudova soyadını daşıyır. Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarına əsasən o və cavabdehlər daxil olmaqla 9 nəfər ailə üzvləri ilə Yardımlı rayonu Perimbel kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 1.81 ha torpaq sahəsi verilmişdir. Bu barədə ailə başçısı kimi mərhum X2nun adına JN 0024, KOD 80400018 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Qeyd etdiyi torpaq sahəsi ayrılarkən, atası mərhum X8 adına olan həyətyanı torpaq sahəsi ölçülmüş və qanuni sənədlə verilmiş torpaq sahəsindən artıq, yəni 0.40 ha zəbt edilmiş torpaq sahəsi olduğundan, qeyd etdiyi JN 0024, KOD 80400018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş torpaq sahəsi azaldılmışdır. Odur ki, onun hər iki torpaq sahəsindən, yəni həm X2nun adına şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsində 0.04 ha və həm də JN 0024, KOD 80400018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş torpaq sahəsində 0.20 ha payı vardır. O, dəfələrlə cavabdehlərə paylarının müəyyən olunması barədə müraciət etsə də, bundan imtina etmişlər. Bu barədə aidiyyəti orqanlara müraciət etsə də cavabdehlər payının ayrılmasına mane olmuşlar. Onların maneçiliyi nəticəsində torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə, paylı mülkiyyətdə olan torpaq sahəsinə sahiblik və ondan istifadə edə bilmir. Halbuki, mübahisəli torpaq sahələrində qanunla müəyyən edilmiş qaydada onun torpaq payı vardır və həmin torpaq sahələrinin qanuni mülkiyyətçilərindən biridir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, torpağ onlara verildiyi vaxtdan onlar istifadə etmişdir, otlaq sahəsi kimi və əkib becərmişlər. İddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızının tələb etdiyi payın müəyyən olunmasına razı deyil. O, bu şərtləri qəbul etmir və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh1 Abosət qızı iddianı qəbul etməyərək, iddiaçının tələb etdiyi şərtlər daxilində payların ayrılmasına etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər subutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə əlavə edilmiş JN-0003 KOD 80417018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarı ilə X11 1.81 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Yardımlı rayon qeydiyyat şöbəsinin 18 iyul 2022-ci il tarixli 05/473- 69 nömrəli arayışından görünür ki, X16 04 sentyabr 2003-cü ildə ölmüşdür. İşə əlavə edilmiş Yardımlı Rayon Pirembel kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı, 099179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. X2, anası X13r. İşə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 26 avqust 1982-ci ildə Yardımlı rayonu Perimbel kəndində doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Xurşudov X9 Sahilə Mirqasid qızı ilə nikahlarını 07 noyabr 2005-ci il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər və buna dair 188 saylı qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş Yardımlı RİHB-nın Perimbel inzibati Ərazi dairəsi nümayəndəsinin 18 iyul 2022-ci il tarixli, 65 nömrəli arayışından görünür ki, İddiaçı Yardımlı rayonu, Perimbel kəndində yaşayır. İşə əlavə edilmiş 20 iyul 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yardımlı rayonu, Perimbel kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,1233 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, X6, X14, İddiaçı və X8 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MPM) 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmaqla xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Hazırki mülki iş üzrə iddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızı digər mülkiyyətçilərlə razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvləri olan iş üzrə cavabdehlərə Yardımlı rayonu Perimbel kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 1.81 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, X6, X14 və X8 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 1,1233 ha torpaq sahəsi adları çəkilən şəxslərin ümumi birgə mülkiyyəti kimi göstərilmişdir. Həmçinin 1.81 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınarkən artıq zəbt edilmiş hissə çıxılaraq 1,1233 ha olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslıdır və iddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızı mübahisəli torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etmək hüququna malikdir. Belə ki, 1,1233 ha torpaq sahəsi üzərində 9 nəfərdən ibarət birgə mülkiyyət vardır. Payların bölünməsi ilə bağlı razılıq olmadığına görə, onların hər birinin bərabər payları, yəni hər birinin 1/9 hissə payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iddianın dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın 16 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmış 1,1233 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, X6, X14, İddiaçı və X8 hər birinin 1/9 hissədə bərabər payları müəyyən edilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, X4 və X12 müştərək qaydada tutularaq iddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yardımlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimX27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar