Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-524/2023 26.09.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı torpaq sahəsinə dair tərtib edilmiş Dövlət aktında və plan-ölçü sənədlərində yol verilən səhvlərin aradan qaldırılması və həmin sənədlərə düzəliş edilməsi tələbinə dair mülki işin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı torpaq sahəsinə dair tərtib edilmiş Dövlət aktında və plan-ölçü sənədlərində yol verilən səhvlərin aradan qaldırılması və həmin sənədlərə düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin mümkünlüyü məsələsinə baxılarkən mübahisənin mahiyyətini təhlil edərək məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqan tərəfindən Yardımlı rayon Aqrar İslahatı Komissiyasının 22 oktyabr 1997-ci il tarixli 9/3 nömrəli qərarı əsasında İddiaçı və ailə üzvləri - X2, X5, X6 və X4 ayrılmış pay torpaq sahəsinə dair tərtib edilmiş J № - 0069, KOD: 80423018 nömrəli Dövlət aktında və həmin torpaq sahəsinin plan-ölçü sənədlərində yol verilən səhvlərin aradan qaldırılması və həmin sənədlərdə müvafiq düzəlişlərin edilməsini arzu edir. Göründüyü kimi iddiaçı inzibati məhkəmə icraatı qaydasında yuxarıda qeyd edilən məsələni mübahisələndirməlidir. Belə olan halda məhkəmə aidiyyəti qaydalarına əsasən həmin tələbə mülki icraat qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi, mübahisə inzibati orqanın fəaliyyəti ilə bağlıdır və məhkəmə aidiyyəti Şirvan İnzibati Məhkəməsinə aiddir. Göstərilənlərə əsasən və MPM-in 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı torpaq sahəsinə dair tərtib edilmiş Dövlət aktında və plan-ölçü sənədlərində yol verilən səhvlərin aradan qaldırılması və həmin sənədlərə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(038)-524/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-524/2023
26.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver