Məhkəmə qərarları › İş №2(038)-603/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-603/2023

07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-603/2023 07.12.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 Xanoğlan oğlunun sədrliyi, K1 oğlunun katibliyi, İddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin sədri X1, Cavabdeh iştirakları ilə, İddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin Cavabdeh 207 manat torpaq və əmlak borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsi Cavabdeh 207 manat torpaq və əmlak borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin sədri X2 ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Bələdiyyəyə olan borc ödənimişdir. Bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmaqla sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ödəniş qəbzlərini təqdim edərək borcunu ödədiyini bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin qaytarılmasını tələb edir, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən iddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinin Cavabdeh 207 manat torpaq və əmlak borcu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçı Yardımlı Rayon Horavar Bələdiyyəsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardımlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar