Məhkəmə qərarları › İş №2(038)-643/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-643/2023

24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-643/2023 24.11.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinə köçürmə tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədlərin siyahısı qeyd olunmamışdır. Həmçinin iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd işə əlavə edilməyib. Bununla da iddiaçı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5., 150.1. və 150.1.2.-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə olan halda iddia ərizəsi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada ikinci dəfə məhkəməyə müraciə edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinə köçürmə tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Yardımlı rayon məhkəməsinə verilə bilər. Hakim: x1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar