Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-105/2020 08.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətdə olan mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətdə olan mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi ev 2/28 nömrəli mənzilin əmlakın açıq hərracdan satılmasına və satış pulunun ümumi mülkiyyətdə olan əmlakın mülkiyyətçiləri arasında İddiaçı adına olan əmlakın 2/1 hissəsinə mütənasibətdə, Cavabdeh adına olan mülkiyyətin 2/1 hissədə olan mülkiyyətlərinə mütənasibətdə bu əmlakın mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı məhkəməyə ünvanladığı ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı iş üzrə Cavabdeh qarşı tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul edildikdə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinin tələbinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.2.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 262.5-ci maddəsinin tələbinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.4, 262- 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı «əmlakın açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətdə olan mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-105/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-105/2020
08.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver