Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-105/2021 07.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabadehlər X4, Cavabdeh (eyni zamanda digər cavabdeh Süleymanova (Nəbiyeva) Nəzakət Aslan qızının nümayəndəsi) və onun nümayəndəsi-vəkil X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh, X6, X7 və Süleymanova (Nəbiyeva) Nəzakət Aslan qızına qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasdan payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə МÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X20 ilə X21 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqdlər əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X9 adına qeydə alınmış xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və həmin miras əmlakda onun və uşaqlarının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır.) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Nəbiyev Əhməd Aslan oğlu ilə 2003-cü il tarixdə ailə həyatı qurub evlənmiş, nikahlarını xx.xx.2003-cü il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2004-cü il təvəllüdlü X28 oğlu və xx.xx.2005-ci il təvəllüdlü Nəbizadə Aslan Əhməd oğlu adlı uşaqları anadan olmuşdur. Cavabdeh Aslan qızı onun baldızı olmuşdur. 2008-ci ilin əvvəllərində onlar Yevlax şəhəri M.Hüseynzadə küçəsi 59 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini alqı-satqı yolu ilə satın almış, həmin ev qaynatası Aslan Nəbiyevin adına sənədləşdirilmişdir. Həyat yoldaşı Əhməd Nəbiyev xx.xx.2011-ci ildə, qaynatası Aslan Nəbiyev xx.xx.2011-ci ildə vəfat etmiş, bundan sonra qaynanası Şəfəq Nəbiyeva, qaynı Dağıstan Nəbiyev və baldızı Cavabdeh onu uşaqları ilə birlikdə yaşadıqları evdən zorla çıxarmış və evi qanunsuz olaraq Şəfiqə Nəbiyevanın adına sənədləşdirmişlər. Şəfiqə Nəbiyeva həmin evi qanunsuz olaraq qızı Rahilə Nəbiyevanın adına keçirmişdir. Onun və uşaqlarının yaşamağa yeri yoxdur. Həmin evdən ona və uşaqlarına düşən pay verilmir. Mübahisəli evə dair Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilərək miras əmlakdan onun və uşaqlarının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X16 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, xx xxxxxx 2003-cü ildə cavabdehlərin qardaşı X33 ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra bir müddət qaynatası, qaynanası, baldızları Rahilə və Xuramanla birlikdə evləri olmadığı üçün fermada yaşamışlar. Orda birgə təsərrüfat aparmış və qazandıqları pula 2007-ci ildə Yevlax şəhəri Mehdi Hüseynzadə küşəsində yerləşən 2 mərtəbəli və 3 otaqlı ev almışlar. Evi qaynatasımərhum Aslan Nəbiyevin adına rəsmiləşdirmişlər. X33 birgə nikahından Səməndər və Aslan adlı uşaqları doğulmuşdur. Mərhum əri Əhməd və uşaqları ilə birlikdə 2008-ci ildə qaynatasının adına alınmış evə köçmüş və orada yaşamağa başlamışdır. X42 xx.xx.2011-ci ildə, qaynatası Aslan Nəbiyev isə xx.xx.2011-ci ildə vəfat etmişdir. 2019-cu ilin avqust ayınadək mərhum Aslan Nəbiyevin adına olmuş evdə yaşamış, sonra qaynanası, qaynı və baldızları ilə münasibətləri pisləşdiyindən sonuncular onu evdən qovmuşlar. Onu evdən qovduqdan sonra qaynanası Şəfiqə Nəbiyeva qaynatası Aslan Nəbiyevdən qalan yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə 2019-cu ilin sentyabr ayında qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Bu zaman nə o, nə də onun uşaqları vərəsə kimi müəyyən edilməmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni aldıqdan sonra Şəfiqə Nəbiyeva elə həmin ilin oktyabr ayında həmin evi qızı-hazırkı iş üzrə Cavabdeh bağışlamışdır. Bu barədə məlumat alan kimi, 2020-ci ildə Şəfiqə Nəbiyevaya qarşı iddia qaldırmış, lakin məhkəmə icraatı zamanı Şəfiqə Nəbiyeva öldüyü üçün həmin iddiası baxılmamış saxlanılmışdır. Onun və uşaqlarının mərhum Aslan Nəbiyevdən miras qalmış əmlakda pay hüququ var, bu səbəbdən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh (eyni zamanda digər cavabdeh Süleymanova(Nəbiyeva) Nəzakət Aslan qızının nümayəndəsi) bildirmişdir ki, atasından miras qalmış evə və torpaq sahəsinə anası Şəfiqə Nəbiyevanın vərəsəlik hüququ tanındıqdan sonra, anası evi və evin yerləşdiyi torpaq sahəsini ona bağışlamışdır. İddiaçı, qardaşı Əhməd öldükdən sonra 2019-cu ilədək fasilələrlə onlarla birlikdə miras əmlakda yaşamış və mərhum qardaşı Əhmədin uşaqlarına onun mərhum anası Şəfiqə baxmış və böyütmüşdür. Lakin iddiaçının xoşagəlməyən hərəkətlərini gördükdən sonra iddiaçı ilə münasibətləri pozulmuş və iddiaçı 2019-cu ildə cehiz əşyalarını və uşaqlarını götürərək mübahisəli yaşayış evindən çıxıb getmişdir. Bacısı Nəzakət, qardaşı Dağıstan ailə qurmuş və ayrı ev quraraq onlardan ayrı yaşayırlar. Digər cavabdeh olan Xuraman onun bacısıdır və İ qrup əlil olduğu üçün məhkəmə prosesində iştirak edə bilmir. O və bacısı Xuraman ailə qurmamış valideynlərinin sağlığında və ölümündən sonra da miras əmlakda yaşamışlar və hazırda da yaşayırlar. İddia tələbinin əsassız olduğunu və təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X17 Cavabdeh izahatı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsassız olduğunu və təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə regional “Asan-Xidmət” mərkəzinin 2v-1398, xx.xx.2019-cu il tarixli notariat işindən müəyyən olunur ki, Yevlax rayon Malbinəsi kənd sovetliyi tərəfindən xx xxxx 1975-ci ildə verilmiş nikah haqqında şəhadətnamə ilə X27 ilə X20 arasında bağlanmış nikah xx xxxx 1975-ci il tarixdə akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət 59 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 173 nömrəli vərəqəsində qeydiyyata alınmışdır; xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.2011-ci il tarixdə ölmüşdür; xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-ci ildə ölmüş X18 vərəsəsi- arvadı X20 Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evi olan miras əmlakdan 1/1 hissədə pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, M.Hüseynzadə küçəsi 59 saylı ev və evin yerləşdiyi 0.049 ha torpaq sahəsinin üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, X20 mülkiyyətində olan Yevlax şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 59 saylı evi və evin yerləşdiyi 0.049 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, M.Hüseynzadə küçəsi 59 saylı ev və evin yerləşdiyi 0.049 ha torpaq sahəsinin üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 579 nömrəli ölüm haqqında arayışdan görünür ki, X20 xx.xx.2020-ci ildə ölmüşdür. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2003-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X26 ilə X11 arasında bağlanmış nikah 2003-cü ilin avqust ayının 01-ci günündə akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada isə Nəbiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X29 Nəbiyevanın birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü Səməndər və xx.xx.2005-ci il təvəllüdlü Aslan adlı uşaqları var. Ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2011-ci ildə vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 43 saylı xx.xx.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı əri Əhməd vəfat edənədək uşaqları xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü Nəbizadə Aslan Əhməd oğlu ilə birlikdə ünvan 2 saylı evdə yaşamış, ərinin vəfatından sonra isə 2019-cu ilədək həmin ünvanda yaşamışdır. Beləliklə mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mülki iş üzrə cavabdehlərin valideynləri olan Aslan Nəbiyev və Şəfiqə Nəbiyeva 1975-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından Dağıstan, Rahilə, Nəzakət, Xuraman və Əhməd adlı uşaqları anadan olmuşdur. Birgə nikah müddətində Aslan Nəbiyevin adına 2008ci ildə Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində daşınmaz əmlak(ev və torpaq sahəsi) qeydə alınmışdır. Aslan Nəbiyev və Şəfiqə Nəbiyevanın birgə nikahdan olan uşaqları Əhməd Nəbiyev xx.xx.2011-ci ildə, Aslan Nəbiyev isə xx.xx.2011-ci ildə vəfat etmişdir. Bundan sonra Aslan Nəbiyevin arvadı Şəfiqə Nəbiyeva ərindən miras qalan əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış və sonradan həmin əmlakı qızı Cavabdeh(hazırkı iş üzrə cavabdeh) bağışlamışdır. İddiaçı ilə Əhməd Nəbiyevin birgə nikahlarından iki uşaqları(Səməndər və Əhməd) anadan olmuş və iddiaçı uşaqları ilə birlikdə, qaynatası Aslan öldükdən sonra 2019-cu ilin avqust ayınadək həmin miras əmlakda yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab olunurlar və qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, miras əmlak kimi Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evi göstərilmişdir. Halbuki, miras əmlak, mərhum Şəfiqə Nəbiyeva ilə mərhum Aslan Nəbiyevin birgə nikah dövründə əldə edildiyindən onların ümumi birgə mülkiyyəti sayılmalı və miras əmlak kimi ümumi birgə mülkiyyətdə olan əmlakın 1/2 hissəsi tanınmalı idi. Belə ki, Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bərdə regional “Asan-Xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən X27 barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius yalnız Yevlax rayonu Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışla və mirası qəbul edən vərəsə X8 ərizəsi ilə kifayətlənmiş, bununla da iddiaçı və onun uşaqları açılmış vərəsəlik işindən xəbərsiz olmuşdur. İş materiallarından göründüyü kimi, mirasın açıldığı vaxt, miras qoyan Aslan Nəbiyevin öldüyü vaxt, yəni xx.xx.2011-ci ildir. Aslan Nəbiyevin vərəsəsi olacaq Əhməd Nəbiyev isə miras əmlak açılmazdan əvvəl, yəni xx.xx.2011-ci ildə vəfat etmişdir. Lakin sonuncunun uşaqları və arvadı(hazırkı iş üzrə iddiaçı) miras əmlakda yaşayaraq miras əmlakı faktiki qəbul etmişlər. Bu hal məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatları və Yevlax şəhər İcra Hakimiyyəti Başçının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubu ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras əmlak miras qoyanın vərəsələri Cavabdeh, Xuraman Nəbiyeva, mərhum Şəfiqə Nəbiyeva ilə yanaşı İddiaçı tərəfindən də faktiki qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, digər vərəsələr Cavabdeh, Xuraman Nəbiyeva, mərhum Şəfiqə Nəbiyevanın miras əmlakda(ümumi əmlakın 1/2 hissəsi) payları nəzərə alınmaqla, ataları mərhum Əhməd Nəbiyevə çatacaq paydan uşaqları- Səməndər və Əhməd bərabər pay almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən X13 verilmiş, reyestrdə 2V-1398 nömrə ilə qeyd edilmiş, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməli, həmin şəhadətnamə və bağışlama müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışı ləğv edilməli, İddiaçı tərəfindən miras qalan əmlakın faktiki qəbul edilməsi faktı müəyyən edilməli, xx.xx.2011-ci ildə vəfat etmiş X19 vərəsələri- xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X14 babaları X15 miras qalmış Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinə(1/2 hissəsinə) və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinə(1/2 hissəsinə) vərəsəlik hüquqları tanınmalı və həmin miras əmlakdan xx.xx.2011-ci ildə ölmüş ataları Əhməd Nəbiyəvə çatası paydan bərabər pay almalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Məhkəmə Cavabdeh nümayəndəsi-vəkil Fərhad Məmmədovun mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Nümayəndə ərizəsində əqdin etibarsız hesab edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş bir illik müddətin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi tarixdən bir il müddətində əqdi mübahisələndirmiş, həmçinin iddiaçı(uşaqları) mirası faktiki olaraq qəbul etdiyi üçün mirasın açıldığı andan miras əmlakın mülkiyyətçisi sayıldığından və mülkiyyət hüquqlarının pozulması barədə tələblərə iddia müddəti şamil edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır və mübahisəyə iddia müddəti tətbiq edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən X13 verilmiş, reyestrdə 2V-1398 nömrə ilə qeyd edilmiş, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin. Bərdə regional “Asan-Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanılmış, reyestrdə 4Ə-2001 nömrə ilə qeyd edilmiş, xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışı ləğv edilsin. İddiaçı(uşaqları) tərəfindən X15 miras qalan əmlakların faktiki qəbul edilməsi faktı müəyyən edilsin. X15 miras qalan Yevlax şəhəri Mehdi Hüseynzadə küçəsində olan 0.04895 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 70,32 kv.m yaşayış, 78,56 kv.m köməkçi sahədən ibarət, ümumi sahəsi 148,88 kv.m olan 59 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinin 1/8 hissəsinə X3, 1/8 hissəsinə X14 miras payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-105/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-105/2021
07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver