Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-109/2020 14.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı ¾ hissədə və Cavabdeh ¼ hissədə müəyyən edilmiş paylarıının naturada ayrılmasına və qeyd olunan hissələrdə həmin payların mişar daşından hasar çəkilməklə təcrid olunmuş qaydasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 onlara miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində qanun üzrə üzrə vərəsələr olaraq onun ¾ hissədə və qardaşı Cavabdeh isə ¼ hissədə payları müəyyən edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reystrində müvafiq qeydiyyat aparılmış və dövlət reyestrindən çıxarış verilmişdir. Lakin hazırda qeyd olunan fərdi yaşayış evində paylarının müəyyən edilməsinə baxmayaraq öz aralarında həmin payları ayıra bilmirlər. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək, iddianın təmin edilməməsi barədə iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №li, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında A yaşayış evinin (93.0 kv.m) ¾ hissəsi İddiaçı ¼ hissəsi Cavabdeh Allahvardi oğlunun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “məhkəmə tikinti-texniki ekspertizasının” 15369 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, A.Məmmədov küçəsində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan “A” literli fərdi yaşayış evinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini, yaşayış evinin tərkibində mənzilə aid olan ayayqolu təyinatlı tikilinin olmadığını, mətbəx və hamama təyinatlı tikililərin yeganə olduğunu, eləcə də evin yaşayış və yardımçı otaqlarının sahəsinin mülkiyyətlərin ayrıayrılıqdan payına düşən yaşayış və yardımçı sahələri ilə eyni olmadığını tədqiqat obyektlərinin digər texniki göstəricilərini nəzərə alaraq, iş üzrə tərəflərin paylı mülkiyyətində olan “A” literi fərdi yaşayış evinin tərəflərin ¼ və ¾ hissələrinə uyğun olmaq şərtilə, iki təcrid mənzil şəkilində bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89nun 1.1, 2.2, 2.4, 2,9, bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. İddia təmin edilmədiyidən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** hesab nömrəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-109/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-109/2020
14.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver