Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-109/2021 04.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərə görə 1688 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır.) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Yevlax rayon polis şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli AP seriyalı ******* saylı inzibati xətta haqqında protokola əsasən, Cavabdeh1 xx xxxxxx 2020-ci tarixdə saat 10:30-da Yevlax rayonu Varvara kənd yolunda bir baş iribuynuzlu heyvanı heç bir icazə nişanı olmayan yerdən qəflətən yola çıxartmış və bu zaman heyvan onun idarə etdiyi “VAZ 21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində xeyli maddi ziyan dəymiş, ona məxsus avtomobil demək olar ki, tamamilə sıradan çıxmışdır. “Yevlax Xəzər-Lada” 1 saylı Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 43 saylı rəyinə əsasən avtomobilə vurulan ziyan 1688 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, baş vermiş hadisə nəticəsində ona da maddi ziyan dəydiyini, avtomobilin vurduğu inəyin öldüyünü, hadisənin iddiaçının sürət həddini aşması nəticəsində baş verdiyini bildirib məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax rayonu Varvara kənd yolunda mal-qaranı asfalt beton yoldan keçirən zaman “VAZ-21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxardaraq yol-nəqliyyat hadisəsi törətmiş, bununla əlaqədar Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişlər. İş materiallarında olan Yevlax “xxxx” 1 saylı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş rəydən görünür ki, “VAZ 21099” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə servisin mütəxəssisləri tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, yol qəza hadisəsi nəticəsində avtomobilin qabaq kapot, qabağ sağ-sol qənəd, qabaq ekran, qabaq alın şüşənin ramkası, qabaq alın şüşəsi, qabaq sağ-sol faralar, radyator su, elektrolopus, eabaq bamper, topedin boş çanağı, su baçoku, qabaq sağ-sol bakavinalar zədə almışdır, təmir olunmalıdır. Dəyişilməli olan hissələrin köməkci materiallarla birlikdə qiyməti 838 manat dəyərindədir. Avtomobilin barpası üçün xidmət haqqı 850 manat olduğunu nəzərə alaraq, dəymiş ziyanın yekun miqdarı 1688 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5168 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, nəzəri hesablama yolu ilə, Yevlax “xxxx” ASC-in tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli məlumatlara əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2006-cı il buraxılışlı “VAZ-21099” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişməli hissələrinin qiymətinin 838 manat, təmirbərpa işlərinin qiyməti 500 manat olmaqla, cəmi məbləğ 1338 manat olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 9/5168 saylı saylı rəyinə əsaslanaraq hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi kimi 1338 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Maddi zərərin əvəzi olaraq 1338 (bir min üç yüz otuz səkkiz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-109/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-109/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver