Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-111/2021 28.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların vəkili X5 Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı «Yevlax şəhəri, Nemanzadə küçəsi ev 16 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ üzrə natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri mümkün olduğu halda əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylarına müvafiq qaydada bölünməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı «Yevlax şəhəri, Nemanzadə küçəsi ev 16 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ üzrə natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri mümkün olduğu halda əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylarına müvafiq qaydada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılarla cavabdehlərin ümumi paylı mülkiyyətinə daxil olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın natura qaydasında bölünməsi, o cümlədən həmin bölgü mümkün olmadığı halda daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin paylarına müvafiq olaraq cavabdehlərlə onların arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında izah etdi ki, Cavabdeh1la ailəli olmuşlar. Birgə nikahlarından Aygün adlı övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Onların cavabdehlərlə birgə əmlakları var. Hazırda cavabdehlərdən həmin əmlakdan olan payının dəyəri kompensasiya şəklində olaraq 30000 manat pul istəyirlər. Cavabdehlər həmin pulu versinlər, ev və həyətyanı torpaq onlara qalsın. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında izah etdi ki, Cavabdeh1 onun atasıdır. Onların cavabdehlərlə birgə evləri və həyətyanı torpaqları var. Hazırda paylarının naturada ayrılması qeyri mümkündür. Bu səbəbdən də, cavabdehlərdən həmin əmlakdan olan payının dəyəri kompensasiya şəklində olaraq 30000 manat pul istəyirlər. İddiaçı2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların vəkili X8 məhkəmə iclasında izah etdi ki, İddiaçı1 ilə cavabdeh Eldəniz Bahramov ailəli olmuşlar. Birgə nikahlarından İddiaçı2 dünyaya gəlmişdir. Digər cavabdehlər isə Eldəniz Bahramovun digər nikahından olan övladlarıdır. Tərəflərin ünvan 2 ünvanında yerləşən mülkü var. Hazırda həmin mülkdə iddiaçıların payının naturada ayrılması mümkün deyil. Bu səbəbdən də, iddiaçılar cavabdehlərdən öz paylarının əvəzi olaraq 30000 manat pul istəyirlər. İddiaçıların cavabdehlərə məxsus payın kompensasiya dəyərinin ödənilməsi üçün pulları yoxdur. Cavabdehlər iddiaçılar tələb etdiyi pulu vermədiyi halda həmin mülkün açıq hərracda satılaraq, pulun tərəflər arasında bölünməsini istəyirlər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, ev və həyətyanı torpaq sahəsində iddiaçıların da payı var. Hazırda həmin evdə o yaşayır. İddiaçılara verməyə pulu yoxdur. Əksinə iddiaçılar ona 20000 manat pul versələr o həmin evdən çıxar. Evin satılmasına da razı deyil. Belə ki, onun başqa yaşayış yeri yoxdur. Cavabdeh X7 məhkəmədən, iddianın rədd olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və X6 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və X2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı1 xx xxx 1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı2 xx xxxxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 avqust 2020-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, Nemanzadə küçəsi ev 16 ünvanında İddiaçı2 1/4 hissədə torpaq sahəsi, Cavabdeh2 1/4 hissədə torpaq sahəsi, X2 1/4 hissədə torpaq sahəsi, İddiaçı1 yaşayış evi 1/2 hissədə 1/4 hissədə torpaq sahəsi və Cavabdeh1 1/2 hissədə yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli 10/3620 saylı rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən təcrid mənzil şəklində fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin hər birinin payına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələbinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmədə aydın oldu ki, İddiaçı1 ilə Cavabdeh1 ailəli olmuşlar. Birgə nikahlarından İddiaçı2 dünyaya gəlmişdir. Həmçinin Cavabdeh1 digər nikahından Cavabdeh2 və X6 adlı iki övladı vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 avqust 2020-ci il tarixli ********** saylı çıxarışa əsasən Yevlax şəhəri, Nemanzadə küçəsi ev 16 ünvanında İddiaçı2 1/4 hissədə torpaq sahəsi, Cavabdeh2 1/4 hissədə torpaq sahəsi, X2 1/4 hissədə torpaq sahəsi, İddiaçı1 yaşayış evi 1/2 hissədə 1/4 hissədə torpaq sahəsi və Cavabdeh1 1/2 hissədə yaşayış evi vardır. İddiaçılar məhkəməyə müraciət edərək, paylı mülkiyyətdən onların payının naturada ayrılmasını, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılmasını və əldə olunmuş pulun tərəflərin paylarına münasibətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin əmlakdan iddiaçıların payının naturada bölünməsi mümkün deyil. İddiaçılar cavabdehə paylarının əvəzinə 30000 manat kompensasiya verilməsini təklif etsələr də, cavabdeh həmin pulu vermək iqtidarında olmadığını bildirərək, iddiaçılardan kompensasiya kimi 20000 manat pul tələb etmişdir. Lakin iddiaçılar da kompensasiya ödəmək üçün pullarının olmamasını bildirmişlər. Tərəflər arasında kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Yevlax şəhəri, Nemanzadə küçəsi ev 16 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184.68 kv.m olan yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə olunan pul İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və X6 arasında paylara uyğun bölüşdürülməlidir. İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və X1 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax şəhəri, Nemanzadə küçəsi ev 16 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 184.68 kv.m olan yaşayış evi açıq hərracda satılsın. Satışdan əldə olunan pul İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və X6 arasında paylara uyğun bölüşdürülsün. İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və X1 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-111/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-111/2021
28.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver