Məhkəmə qərarları › İş №2(039)-1181/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1181/2025

05.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1181/2025 05.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçılar X5, İddiaçı2 və Salmanova (Xalıqverdiyeva) Qərənfil Rüstəm qızının cavabdeh Salmanova (Xalıqverdiyeva) Rəfiqə Vəliyəddin qızına qarşı torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X8, İddiaçı2 və Salmanova (Xalıqverdiyeva) Qərənfil Rüstəm qızı cavabdehlər Salmanova (Xalıqverdiyeva) Rəfiqə Vəliyəddin qızına və Cavabdeh qarşı qarşı torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 10 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-2917A saylı şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə 1/7 hissədə paylarının müəyyən edilməsinə, habelə mərhum Cavabdeh mülkiyyətində olmuş 1/7 hissədə torpaq sahəsinin vərəsələrə münasibətdə 1/6 hissədə payın vərəsəlik qaydasında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 10 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-2917A saylı şəhadətnaməyə əsasən Cavabdeh, X5, İddiaçı2, X2, X3, X1 və Cavabdeh Ağverdi oğlunun mülkiyyətinə verilmişdir. Qeyd edilən əmlak mülkiyytçilərin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə bağlı mülkiyyətçilər arasında mübahisə vardır və onlar (iddaçılar) paylarının ayrılmasını istəyirlər. Cavabdeh vəfat etmişdir. Qeyd edilən torpaq sahəsinin 1/7 hissəsi onun mülkiyyətindədir. Torpağın 1/7 hissəsi də X3 mülkiyyətidədir və həmn mülkiyyətçi də vəfat etmişdir. Mülkiyyətçilər arasında mübahisə olduğuna görə torpaq sahəsinin bölünməsini istəyirlər. Buna görə də, payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlır. İddiaçılar X8, İddiaçı2 və Salmanova (Xalıqverdiyeva) Qərənfil Rüstəm qızı məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə verərək, torpağın mülkiyyətə verilməsinə dair JN-2917A saylı şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsində iddiaçıların və mərhum Cavabdeh hər birinin payının 1/7 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar X8, İddiaçı2 və Salmanova (Xalıqverdiyeva) Qərənfil Rüstəm qızı məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Salmanova (Xalıqverdiyeva) Rəfiqə Vəliyəddin qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Salmanova (Xalıqverdiyeva) Rəfiqə Vəliyəddin qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-2917A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə Cavabdeh, X5, İddiaçı2, X2, X4, X1 və Cavabdeh mülkiyyətinə Yevlax şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi verilmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 13 mart 2008-ci ildə ölmüşdür. İşdə olan Rusiya Federasiyası Moskva VVAQ İdarəsi Tver VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 24 fevral 2014-cü ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-2917A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh, X5, İddiaçı2, X2, X4, X1 və Cavabdeh ümumi birgə mülkiyyətinə Yevlax şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi verilmişdir. İddiaçılar ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölüməsini istəyirlər, lakin həmin torpaq sahəsində payları müəyyən edilmədiyindən həmin hüquqlarından istəifadə edə bilmirlər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahəsinin 7 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və paylar bərabər olduğundan mülkiyyətçilər hər birinin payı 1/7 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, JN- 2917A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax şəhərində yerləşən 0.05 ha torpaq sahəsində iddiaçılar X5, İddiaçı2, Salmanova (Xalıqverdiyeva) Qərənfil Rüstəm qızının və mərhum Cavabdeh hər birinin payı 1/7 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçılara verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. JN-2917A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax şəhərində yerləşən 0.05 ha torpaq sahəsində iddiaçılar X5, İddiaçı2, Salmanova (Xalıqverdiyeva) Qərənfil Rüstəm qızının və mərhum Cavabdeh hər birinin payı 1/7 hissədə müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh Salmanova (Xalıqverdiyeva) Rəfiqə Vəliyəddin qızından alınaraq iddiaçılar X6, İddiaçı2 və Salmanova (Xalıqverdiyeva) Qərənfil Rüstəm qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar