Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1287/2022 29.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı7 və iddiaçıların vəkili X4 Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı «qeyri – yaşayış binasının iddiaçılar və cavabdeh arasında natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri – mümkün olduğu halda, iddiaçıların öz paylarına cavabdeh tərəfindən kompensasiya verilməsi tələbi ilə mülkiyyət hüquqlarına xitam verilməsi (iddiaçılar hər biri cavabdehdən öz paylarının əvəzi olaraq 1812 manat pul vəsaiti – kompensasiya istəyirlər və bunun müqabilində öz paylarının cavabdehin mülkiyyətinə keçməsinə etiraz etmirlər), əks təqdirdə, mübahisə predmeti olan daşınmaz əmlakın – qeyri-yaşayış binasının açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölünməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı «qeyri – yaşayış binasının iddiaçılar və cavabdeh arasında natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri – mümkün olduğu halda, iddiaçıların öz paylarına cavabdeh tərəfindən kompensasiya verilməsi tələbi ilə mülkiyyət hüquqlarına xitam verilməsi (iddiaçılar hər biri cavabdehdən öz paylarının əvəzi olaraq 1812 manat pul vəsaiti – kompensasiya istəyirlər və bunun müqabilində öz paylarının cavabdehin mülkiyyətinə keçməsinə etiraz etmirlər), əks təqdirdə, mübahisə predmeti olan daşınmaz əmlakın – qeyri-yaşayış binasının açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mülkiyyətçisi olduqları Yevlax rayonu Tanrıqulular kəndində yerləşən, o cümlədən hər birinin payı 1/8 hissədə olan, ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış binasının iddiaçılar və cavabdeh arasında natura qaydasında (7/8 hissədə və 1/8 hissədə) bölünməsi və hərgah qeyri-yaşayış binasının natura qaydasında bölgüsü mümkün olmadığı halda, Cavabdeh iddiaçıların hər birinə paylarının dəyəri olaraq 1812 (bir min səkkiz yüz on iki) manat kompensasiya ödəmək tələbi (Mülki Məcəllənin 220.3-cü maddəsinin tələblərinə əsasən), əks təqdirdə mübahisə predmeti olan daşınmaz əmlakın – qeyri-yaşayış binasının açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölünməsinə (Mülki Məcəllənin 220.6-cı maddəsinin tələblərinə əsasən) dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar doğma qardaş – bacılardır. Cavabdeh mərhum qardaşları Baxışın oğludur. Yevlax rayonu Tanrıqulular kəndində iddiaçılar və cavabdehin ümumi paylı mülkiyyətində 559.6 kv.m sahəsi olan qeyri-yaşayış binası daxildir. Mülkiyyət hüquqları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Qeyd edilən qeyri-yaşayış binasına dair hər birinin mülkiyyət hüququ 1/8 hissədədir. İddiaçıların hər birinin mənafeyi üst – üstə düşür, o cümlədən mübahisə predmeti olan qeyri-yaşayış binasına münasibətdə eyni təsərrüfatı idarə etmək niyyətindədilər. Lakin cavabdehlə eyni təsərrüfat idarə etmək niyyətləri yoxdur. Məhz bu səbəbdən də ümumi paylı mülkiyyətlərinə daxil olan, o cümlədən Yevlax rayonu Tanrıqulular kəndində yerləşən, ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış binasının iddiaçılar və cavabdeh arasında natura qaydasında bölünməsini tələb edirlər. Eyni zamanda, bölgü zamanda iddiaçıların mənafelərinin üst – üstə düşmələrinin nəzərə alınmasını, yəni natura qaydasında bölgünün iki yerə ayrılmasını, yəni 7/8 və 1/8 hissədə bölünməsini arzu edirlər. İddia tələblərinin ikinci hissəsi olaraq ki, hərgah mübahisə predmeti olan daşınmaz əmlakın – qeyri-yaşayış binasının 7/8 və 1/8 hissədə natura bölgüsü ekspert rəyi əsasında qeyri-mümkün hesab edilmişdir, Lakin bununla bağlı qətnamə qəbul edilməmişdir. İddia ərizəmizin predmetini təşkil edən qeyri-yaşayış binasının natura qaydasında bölgüsü mümkün olmadığı təqdirdə, iddiaçılar Cavabdeh iddiaçıların hər birinə paylarının dəyəri olaraq 1812 (bir min səkkiz yüz on iki) manat kompensasiya tələb edirik (Mülki Məcəllənin 220.3-cü maddəsinin tələblərinə əsasən), əks təqdirdə İddia tələblərinin üçüncü hissəsi olaraq ki, mübahisə predmeti olan daşınmaz əmlakın – qeyri-yaşayış binasının açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölünməsini (Mülki Məcəllənin 220.6-cı maddəsinin tələblərinə əsasən) arzu edirlər. İddiaçılar analoji təkliflə yəni, hazırkı iddia ərizəsinin tərkib hissəsi olan “cavabdeh tərəfindən iddiaçıların hər birinə mülkiyyət hüququnun əvəzi olaraq 1812 (bir min səkkiz yüz on iki) manat məbləğində pul tələbi, yəni iddiaçılar hər biri cavabdehdən 1812 manat pul istəyirlər və bunun müqabilində öz paylarının cavabdehin mülkiyyətinə keçməsinə etiraz etmirlər. Digər tələbləri ilə Cavabdeh qarşı iddia tələbi irəli sürmüşlər. Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(039)-89/2021 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və işə apellyasiya qaydasında baxılmaqla Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(107)- 103/2022-007 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(039)-89/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddia tələblərinin rədd edilməsinin səbəbləri, iddiaçıların cavabdehin – öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi yolu ilə məhrum edilməsi təklifləri (Azərbaycan Respublikası mülki məcəlləsinin 220.4-cü maddəsində bu hal nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir) olmuşdur. Habelə payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malik olması və əvvəlki iddia tələbində iddiaçılar öz paylarına cavabdeh tərəfindən kompensasiya verilməsini tələb etməməkləri olmuşdur. (Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2022- ci il tarixli 2(107)-103/2022-007 nömrəli qətnaməsi ,səhifə 8, abzas 2,3). Əvvəlki iddia tələblərində, Yevlax Rayon Məhkəməsinin hakimi G.Cavadova tərəfindən təyin edilmiş məhkəmə mühəndis – texniki ekspertizası, tikinti – texniki obyektlərinin tədqiqi nəticəsində əldə edilmiş 02 aprel 2021-ci il tarixli 10/3600 nömrəli ekspert rəyi ilə aşağıdakı nəticəyə gəlinmişdir: Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Cavabdeh ümumi paylı mülkiyyətində olan 560.0 kv.m qeyri-yaşayış binasının naturada bölgüsü mümkün deyildir. Bu hal Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(107)- 103 /2022-007 nömrəli qətnaməsinin 7-ci səhifəsinin 5-ci abzasında qeyd edilmişdir. Habelə, əvvəlki iddia tələblərində Şəki Apellyasiya Məhkəməsinin (hakim Mahir Əsədli) 14 oktyabr 2021-ci il tarixli 2(107)-1754/2021 nömrəli qərardadı ilə “daşınmaz əmlak obyektinin hazırkı dövrə olan bazar qiymətinin müəyyən edilməsinə dair rəy aşağıdakı kimidir: Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 559,6 kv.m metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının hazırkı dövrə olan orta bazar qiyməti 14500 (on dörd min beş yüz) manat təşkil edir. Mülkiyyətçilərin sayı 8 nəfər olduğundan, hər mülkiyyətçinin payının dəyəri 1812 (bir min səkkiz yüz on iki) manat təşkil edir. Yuxarıda qeyd edilən hər iki ekspert rəyi qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2(107)-103/2022-007 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçılar İddiaçı1, İddiaçı7 və iddiaçıların vəkili X6 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izah etdi ki, həmin qeyri yaşayış binasını o və mərhum əri almışdır. Lakin öz adlarına vaxtında rəsmiləşdirməmişdir. Hazırda Qeyri-yaşayış binasının bölünməsinə razı deyillər. İddiaçıların payını almaq üçün də, onların hər birinə 1812 manat ödəməyə pulları yoxdur. Öz paylarını da satmaq fikrində deyillər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışından görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binasının 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı3, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı4, 1/8 hissəsinə İddiaçı5, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə İddiaçı6, 1/8 hissəsinə isə İddiaçı7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/3600 saylı rəyindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh, X3 və İddiaçı7 mülkiyyətində olan 560 kv.m qeyri-yaşayış binasının naturada bölgüsü mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X5 MMC-nin 26 noyabr 2021-ci il tarixli 124/LBC saylı rəyindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, Cavabdeh, X3 və İddiaçı7 mülkiyyətində olan 560 kv.m qeyri-yaşayış binasının orta bazar qiyməti 14500 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(039)-89/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışa əsasən Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binası açıq hərracda satılsın. Satışdan əldə olunan pul İddiaçı1, X7, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və Cavabdeh arasında paylara uyğun bölüşdürülməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(107)-103/2022 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi; iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsi ləğv edilməsi; yeni qətnamə qəbul edilməsi; iddia ərizəsi rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.4-cü maddəsinə əsasən Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışla Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binasının 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı3, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı4, 1/8 hissəsinə İddiaçı5, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə İddiaçı6, 1/8 hissəsinə isə İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçılar məhkəməyə müraciət edərək, paylı mülkiyyətdən onların payının naturada ayrılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(039)-89/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışa əsasən Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binası açıq hərracda satılsın. Satışdan əldə olunan pul İddiaçı1, X7, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və Cavabdeh arasında paylara uyğun bölüşdürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(107)-103/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi; iş üzrə Yevlax Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(039)-89/2021 saylı qətnaməsi ləğv edilməsi; yeni qətnamə qəbul edilməsi; iddia ərizəsi rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, iddiaçılar özlərinin paylarına cavbdeh tərəfindən kompensasiya verilməsini tələb etmək əvəzinə, paylarının açıq hərracdan satıklmasını tələb etmiş, sonradan isə kollegiyanın iclasında cavabdehin payına kompensasiya verməyə razı olduqlarını bildirmişlər ki, bu da qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə zidd olmuşdur. Qanunvericiliyin tələbinə görə Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Cavabdeh hazırki iş üzrə kompensasiya ödəmək üçün maddi imkanı olmamasını bildirmişdir. Tərəflər arasında kompensasiya ödənilməsi ilə bağlı razılıq əldə olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyri-yaşayış binası açıq hərracda satılmalı, satışdan əldə olunan pul İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və Cavabdeh arasında paylara uyğun bölüşdürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax rayonu Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 559.6 kv.m olan qeyriyaşayış binası açıq hərracda satılsın. Satışdan əldə olunan pul İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və Cavabdeh arasında paylara uyğun bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1287/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1287/2022
29.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver