Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-129/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında X2 Fondunun (DSMF) Yevlax şəhər şöbəsi Cavabdeh qarşı əsassız olaraq ödənilmiş 19,395.05 manat DSMF vəsaitinin cavabdehdən alınmasına və aidiyyəti üzrə ödənilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı DSMF Yevlax şəhər şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehə 2007-2018-ci il tarixlərdə ödənilmiş 19,395.05 manat DSMF vəsaitinin ondan alınaraq aidiyyəti üzrə DSMF Yevlax şəhər Şöbəsinə ödənilməsinə dair məhkəmə qərarı qəbul edəlməsini xahiş etmişdir. Ərizə belə əsaslandırmışdır ki, DSMF Yevlax rayon Şöbəsi tərəfindən xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh əmək pensiyası təyin edilmiş. 2007-2018-ci il tarixlərdə ona pensiya təyin edilərək, həmin pensiya cavabdeh tərəfindən götürülmüşdür. 12 il ərzində cəmi 19,395.05 manat ödənilmişdir. DSMF Yevlax rayon Şöbəsində müvafiq araşdırma aparılarkən məlum olmuşdur ki, müəyyən olunan təyinat düzgün müəyyənləşdirilməmiş, nəticə etibarı ilə vətəndaşa əmək pensiyası düşmədiyi halda ona qeyd olunan pensiya əsassız olaraq təyin edilmişdir. Qeyd olunan hallar müvafiq komissiya tərəfindən, araşdırılma aparılarkən aşkarlanmışdır. Bu barədə cavabdehə müraciət edilmiş, artıq ödəməylə bağlı ona müvafiq məlumat verilmiş, təxirə salınmadan ödənilən artıq məbləğin DSMF-yə qaytarılması ilə bağlı ona müvafiq tapşırıqlar verilmişdir. Ancaq cavabdeh həmin artıq ödəməni qaytarmaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinə məhkəmədə baxıla bilməz. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə isə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ iddiaçının özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün iddiaçı göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, tələb olunan borcun məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında X2 Fondunun Yevlax şəhər şöbəsi Cavabdeh qarşı əsassız olaraq ödənilmiş 19,395.05 manat DSMF vəsaitinin cavabdehdən alınmasına və aidiyyəti üzrə ödənilməsi tələbinə dair işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, Cavabdeh qarşı hazırkı tələbə dair iddiа ərizəsi ilə Şəki İnzibati-İqtisаdi Məhkəməsinə mürаciət edə bilər. İddiaçı DSMF Yevlax rayon şöbəsindən 25 (iyirmi beş) manat, Cavabdeh 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** AZ34CTRE******************** S.W.İ.F.T. Bik: CTREAZ22 hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-129/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-129/2020
28.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver