Məhkəmə qərarları › İş №2(039)-1295/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1295/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1295/2022 20.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 v Cavabdeh1 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın yəni sındırılmış telefona görə 550 manatın, həmçinin mənəvi ziyana görə cavabdehlərin hər birindən 2000 manat məbləğin İddiaçı2 ödənilməsinə, həmçinin Cavabdeh1 vurulmuş maddi ziyana görə 800 manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə cavabdehlərin hər birindən 2000 manat mənəvi zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, o, 01 noyabr 2021-ci il tarixində təxminən saat 16-17 radələrində hazırki Cavabdeh2 və onun oğlu Cavabdeh1 tərəfindən evlərinə basqın edilərək onlara qarşı fiziki zor tətbiq edilmişlər. Nəticədə onun sol əlinin 4cü barmağı qırılmışdır. Anam İddiaçı2 isə fiziki zor tətbiq edilmiş, bellə onlara hücum edilmiş və anasının sol qoluna xəsarət yetirilmişlər. Nəticə etibarı ilə hər ikisi xəsarət almaqla, onun adına olan telefon bunların fiziki zoru nəticəsində sındırılmışdır. 550 manat dəyərində telefon sıradan çıxmışdır. Onlar isə xəstəxanada həm nəqliyyat xərclərinə, həm də dava-dərmana və rentgenə ümumilikdə 800 manat pul xərcləmişlər. O, telefonuna görə 550 manat, zəruri tibbi müdaxilə, dəva-dərman, rentgen və nəqliyyat xərcləri olmaqla bu proseslərə 800 manat pul xərcləmişdir. O, aldığı xəsarətlə əlaqədar ağrıya məruz qalmışdır. Uzun müddət barmağı gipsdə olduğu üçün işindən olmuşdir. Bu gün də həmin barmağı işlək vəziyyətində deyildir. O, 10 günlərlə bu ağrı və acını yaşamışdır. Cavabdehlər nə zərərin ödənilməsində, nə də mənəvi cəhətdən ona yardımçı olmamışdır. Bir dəfədə olsun barışmağa cəhd etməmişlər. Əksinə onu və ailəsini qorxutmaqla davam etdilər. O, keçirdiyi mənəvi iztirablara görə, yaşadığı ağrı və acının əvəzi olaraq onların hər birindən 2000 manat mənəvi zərərin əvəzinin ödənilməsini istəyir. İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, o, müəllimədir və döyülməyə məruz qalmışdır. Evi Nizami prospektindədir. İctimai küçə onun evinin yanından keçir. Hadisələr çoxsaylı insanların gözü qarşısında baş verib. O, döyülmüş, şərəf və ləyaqəti alçalıb. Hörmətdən salınmışdır. Əlindən telefonu vurularaq yerə salınıb. Telefonu sındırılıb. Onun vurduğu təpik nəticəsində o, yerə yıxılmışdır. Digər cavabdeh isə onu itəliyərək yerə yıxmış saçlarını dartaraq proşkasını qırmış və ona mənəvi iztirablar vermişdir. Onu, 36 illik təcrübəsi olan hörmətli, savadlı bir müəllimi, bir bəstəkarı, bəstəkarlar ittifaqının üzvünü, respublika müsabiqələrində istedadlı uşaqların hazırlanıb müsabiqəyə çıxarılmasinda rolu olan bir şəxsi, xor-dirijor konsertmeyster, dövlət idarələrinin çoxsaylı diplom və fərmanları ilə təltif olunmuş bir şəxsi küçədə ona qarşı qərəzli xuliqanlıq etməklə döymək, maddi ziyan vuraraq ciddi olaraq kütlə, cəmiyyət içərisində hörmətdən salmaqla ona mənəvi zərər vurmuşlar. İddiaçıların vəkili X2 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə münaqişə zamanı iddiaçıları döyərək onlara xəsarət yetirmişlər. Onlara maddi və mənəvi zərər vurmuşlar. Belə ki, 550 manat dəyərində telefonlarını sındırmışlar. Xəstəxana xərcləri kimi 800 manat ziyan dəymişdir. Bundan başqa cavabdehlərin törətdiyi əməlin nəticəsində iddiaçılara mənəvi zərər dəymişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izah etdi ki, o törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində hökm çıxarılmışdır. O iddiaçılara heç bir ziyan vurmamışdır. Heç bir yerdə işləmir, ziyan ödəmək üçün gəliri və ya dəyərli əmlakı yoxdur. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izah etdi ki, oğlunun barəsində hökm çıxarılmışdır. Əməllərinə görə cəza almışlar. Hazırki iddia əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən məlum olur ki, İddiaçı1 73.50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 1(039)-54/2022 saylı hökmündən məlum olur ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması; yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, həmin cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi; sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması; sınaq müddəti ərzində Cavabdeh1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması; yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsi; iş üzrə maddi sübut kimi tanınmış «Samsunq J7» markalı telefonun saxlanılması üçün İddiaçı2 verilməsinin nəzərə alınması hökm edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxxx 2006-cı ildə anadan olmaqla yetkinlik yaşına çatmayan Cavabdeh1 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində çoxmənzilli bina və ictimai yer hesab edilən Yevlax şəhəri, Nizami prospekti, 10 nömrəli binanın qarşısında anası Cavabdeh2 ilə İddiaçı2 və oğlu İddiaçı1 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı İddiaçı2 nəvəsinin nə üçün onun bacısı ilə dostluq etməsini bəhanə edərək əslində isə əsaslı səbəb olmadan öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən xuliqanlıq hərəkətləri etməklə vahid niyyətlə İddiaçı2 və İddiaçı1 ünvanına uca səslə və qonşuluqda yaşayan şəxslərin dincliyini pozan nalayiq söyüşlər söyməklə təpiklə bir dəfə qəsdən İddiaçı2 əlinə vuraraq həmin vaxtı sonuncuya məxsus olmaqla əlində olan 550 manat dəyərində «Samsunq J7» markalı telefonu yerə salmaqla sındırıb zədələmiş, bundan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək oraya toplaşmış çoxsaylı insanların gözü qarşısında yaxınlıqdan keçən X3 əlində olan istintaqla müəyyən edilməyən taxta saplı dəmir beli dartıb əlinə alaraq həmin beldən qəsdən silah qismində istifadə edərək əvvəlcə İddiaçı2 sol qol nahiyəsindən bir dəfə qəsdən vurub ona sol saidin aşağı 1\3-nin ön sətinin qançırı xəsarəti ilə müşayət olunan, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olmunmayan bədən xəsarəti yetirmiş, daha sonra Cavabdeh1 həmin bel ilə İddiaçı1 sol əlindən bir dəfə qəsdən vurub ona sağlamlığına az ağır zərər vuran İV barmağının dırnaq falanqasının əsasının yerini dəyişmiş sınığı xəsarəti və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol əlin İV barmağının dırnaq falanqasının çıxığı, sol əlin arxa səthinin şişkinliyi, hər iki əlin İV barmağının dırnaq falanqasının arxa səthinin qançırı xəsarətləri yetirməklə İddiaçı1 həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vuran xəsarət yetirmiş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, İddiaçı1 və İddiaçı2 zor tətbiq olunması, Zaminə Məmmədovanın 550 manat dəyərində mobil telefonunun zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 1(039)-54/2022 saylı hökmü ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması; yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, həmin cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması; sınaq müddəti ərzində Cavabdeh1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması; yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cavabdeh1 barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsi; iş üzrə maddi sübut kimi tanınmış «Samsunq J7» markalı telefonun saxlanılması üçün İddiaçı2 verilməsi nəzərə alınması hökm edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 v Cavabdeh1 tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın yəni sındırılmış telefona görə 550 manatın, həmçinin mənəvi ziyana görə cavabdehlərin hər birindən 2000 manat məbləğin İddiaçı2 ödənilməsinə, həmçinin Cavabdeh1 vurulmuş maddi ziyana görə 800 manat məbləğində pulun, vurulmuş mənəvi ziyana görə cavabdehlərin hər birindən 2000 manat mənəvi zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1104.1-ci maddəsinin tələbinə görə, On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1104.2-ci maddəsinin tələbinə görə, On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi və mənəvi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə iddianın 800 manat maddi ziyan hissəsində qeyd edir ki, iddiaçılara 800 manat maddi ziyanın dəyməsinə (xəstəxanada 800 manat pul xərclənməsinə) dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə iddianın Cavabdeh2 aid hissəsində məhkəmə qeyd edir ki, iddiaçılara Cavabdeh2 tərəfindən ziyanın dəyməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Lakin iş üzrə Cavabdeh1 yetkinlik yaşına çatmadığından və zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadığından zərər onun valideyni olan Cavabdeh2 tutulmalıdır. Həmçinin İddiaçı1 sağlamlığına cinayət nəticəsində ziyan dəydiyindən iddianın mənəvi ziyan tələbi qismın təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 550 manat maddi ziyan və 100 manat mənəvi ziyan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 49.2-ci mаddəsinin tələbinə görə, On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 49.3-cü mаddəsinin tələbinə görə, Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 49.4-cü mаddəsinin tələbinə görə, On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 72.1-ci mаddəsinə əsаsən Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 550 manat maddi ziyan və 100 manat mənəvi ziyan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar