Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-14/2024 08.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı2, onun, habelə digər İddiaçı1 vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mirasın qəbul edilməsinin və miras paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 mərhum X3 doğma qızı olması faktının müəyyən edilməsi, İddiaçı1 və İddiaçı2 Adgözəl qızının vərəsəlik hüququnun tanınması, X3 mirasının qəbul edilmiş hesab edilməsi, X4 məxsus olmuş Yevlax rayonu, Xanabad kəndində yerləşən JN-203F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan, ümumibirgə mülkiyyətdə olan 0.06 ha və JN-208 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0.28 ha torpaq sahəsi, fərdi yaşayış evi, mal tövləsindən ibarət miras əmlakına yalnız onların miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, X7 İddiaçı2 anası, digər cavabdeh İddiaçı1 nənəsidir. Cavabdehlər Cavabdeh1 Cəmilə Allahverdiyevanın mərhum oğlu Maarif Məmmədovun arvadı, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 övladlarıdır. Cavabdeh5 isə Cəmilə Allahverdiyevanın qızıdır. Cəmilə Allahverdiyeva 07 iyun 2018-ci ildə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl İddiaçı1 ailə qurub Türkiyə Respublikasına köçdüyündən Cəmilə Allahverdiyevanın ölümündən həmin vaxt xəbərdar olmamışdır. 2021-ci ilin mart ayında qonaq gələrkən bundan xəbərdar olmuş və bilmişdir ki, X7 11 dekabr 2007-ci ildə Yevlax rayonu, Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki üç tonluq metal su çənini ona vəsiyyət etmişdir. 05 aprel 2021-ci il tarixdə isə Yevlax rayonu, Xanabad kənd İcra nümayəndəliyindən vəsiyyətnamənin surətini götürmüşdür. X12 Məmmədovadan başqa Maarif Məmmədov və Cavabdeh5 adlı uşaqları olmuşdur. X31 Allahverdiyevadan əvvəl vəfat etmişdir. X9 rayonu, Xanabad kəndində yerləşən JN-203F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan, ümumibirgə mülkiyyətdə olan 0.06 ha və JN-208 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0.28 ha torpaq sahəsi, fərdi yaşayış evi, mal tövləsi miras qalmışdır. Vəsiyyətnamədən xəbərdar olan kimi İddiaçı1 13 aprel 2021-ci ildə mirasın qəbulu ilə əlaqədar Yevlax rayon Notariat Kontoruna rəsmi müraciət etmişdir. X8 məxsus əmlaklara qanunsuz sahiblənmək istəyən şəxslərə qarşı 07 iyun 2021-ci ildə iddia qaldırmışdır. İddiaçı2 isə anası vəfat etdikdən sonra ondan miras qalan JN-208 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evini idarəçiliyə qəbul edib sahiblik etməyə başlamışdır. Hər iki torpaq sahəsini hazırkı müddətə qədər əkib becərmişdir. Dövlət Aktı da ondadır. İddiaçı1 vəsiyyətnamədən xəbərdar olan kimi Cəmilə Allahverdiyevanın miras əmlakına dair mülkiyyət hüquqlarının qeydiyyata alınıbalmmaması ilə bağlı DƏDRX-nin Yevlax Ərazi İdarəsinə müraciət etmişdir ki, miras əmlakın adına sənədləşdirməsini həyata keçirsin. Bu zaman məlum olmuşdur ki, Yevlax rayonu, Xanabad kəndində 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi aşayış evi JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 ümumibirgə mülkiyyət hüququ 07 yanvar 2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki, həmin fərdi yaşayış evi 1950-ci ildə tikilməklə X3 şəriksiz mülkiyyətində olmuşdur. 1950-ci ildə Cəmilə Allahverdiyevanın inşa etdirdiyi fərdi yaşayış evini 2004-cü ildə hazırlanmış, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin vaxt evə aidiyyəti olmayan şəxslərin adına qeydə alınaraq çıxarış verməsini qanunsuz hesab etdiyindən cavabdeh İddiaçı1 Şəki İnzibati Məhkəməsində X3, Cavabdeh1 qızmm, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 adına Yevlax rayonu, Xanabad kəndində yerləşən 64 kv. metr fərdi yaşayış evinin ümumibirgə mülkiyyət hüququ ilə 07 yanvar 2019-cu il tarixdə 2X8012497 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq verilmiş Çıxarışı fərdi yaşayış evinə münasibətdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızmm, Cavabdeh4 ümumibirgə mülkiyyət hüququnun ləğv edilməsi iddia qaldırmış və iddia məhkəmənin icraatındadır. Fəridə və Cavabdeh2lar isə İddiaçı2 qarşı həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. Halbuki, onlar Cəmilə Allahverdiyevanın mirasını qəbul etmiş vərəsələridir. Miras payları olmadığı halda Cəmilə Allahverdiyevanın mirasına sahiblənmək istəyirlər. Ona məlum olmayan səbəbdən anası Cəmilə Allahverdiyevanın soyadı İddiaçı2 məxsus doğum haqqında şəhadətnamədə anasının soyadı Məmmədova kimi qeyd olunmuşdur. Ancaq onun Cəmilə Allahverdiyevanın qızı olmağı şəksizdir. Qeydiyyat Şöbəsinə müraciət etsə də, bu anlaşılmazlığın səbəbini müəyyən edə bilməmişdir. İddiaçı2 ərizəsi əsasında iddia ərizəsi onun X3 doğma qızı olması faktının müəyyən edilməsi hissəsində Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. İddiaçı2 ərizəsi əsasında onun iddia ərizəsi figər hissələrdə də Yevlax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Tərəflərin izahatları: İddiaçı1 nümayəndəsi Ruhiyyə Kərimli iddia ərizəsinin məzmununa uyğun izahat verərək İddiaçı1 iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsini geri qaytarmaqla iddiasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, Cavabdeh5 onun doğma bacısıdır, mərhum Maarif Məmmədov isə onun doğma qardaşı olmuşdur. Əvvəlki məhkəmə iclası zamanı Cavabdeh2 vəkili Fərhad Məmmədov iddianı qəbul etməyərək bildirmişdir ki, göstərilən ünvanda Cavabdeh2, onun qardaşı, bacısı və valideynləri yaşamışlar. Yaşadıqları evin çıxarışı var və həmin çıxarışda iddiaçıların, digər Cavabdeh5 adları yoxdur. Buna baxmayaraq iddiaçılar onların ailəsinə, nənəsi Cəmilə Allahverdiyevaya məxsus olan JN-208 saylı, 0,28 ha torpaq sahəsini qanunsuz olaraq zəbt edib başqa şəxslərə icarəyə verərək pulu mənimsəmişlər. İddiaçı1 sözlərinə görə 14 il nənəsi tərəfindən onun adına yazılmış vəsiyyətnamədən məlumatı olmamışdır. Bu sübut edir ki, vəsiyyətnamə qanunsuz tərtib olunmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: AZ-İ 905550 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 07 iyun 2018-ci il tarixdə hemorragik insult səbəbindən ölmüşdür. İJ 255056 Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 04 may 1955-ci il tarixdə Xaldan kəndində anadan olub, anası X10r. İ-İE-984481 Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 01 may 1960-cı il tarixdə Mingəçevir şəhərinin Xanabad kəndində anadan olub, anası X11r. İ-JQ-422077 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, X29 ilə X18 28 noyabr 1977-ci il tarixdə nikah bağlamaqla ər arvad olmuş, ərə Qocayev, arvada Qocayeva soy adı verilmişdir. AZ-İ-571495 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, X22 ilə X23 12 aprel 2010-cu il tarixdə nikah bağlamaqla ər arvad olmuş, ərə demirbay, arvada Demirbay soy adı verilmişdir. İİİ-JQ-335457 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olur ki, X15 ilə İddiaçı2 13 yanvar 1984-cü il tarixdə nikah bağlamaqla ər arvad olmuş, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Xİ-JQ-335459 saylı Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 ilə X27 09 fevral 1984-cü il tarixdə nikah bağlamaqla ər arvad olmuş, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Xİ-JQ-432817 saylı Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx xxxx 1986-cı il tarixdə Yevlax rayonu Xanabad kəndində doğulub, atası X17, anası Cavabdeh1dır. XİV-JQ-482439 saylı Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh4 08 iyun 1991-cı il tarixdə Yevlax rayonu Xanabad kəndində doğulub, atası X17, anası Cavabdeh1dır Xİİ-JQ-468818 saylı Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh3 23 avqust 1987-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində doğulub, atası X17, anası Cavabdeh1dır 11 dekabr 2007-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hacıyev Ş.H tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Yevlax rayonu Xaldan kəndində yaşayan X1 rayonu, Xanabad kəndində yerləşən həyatyanı torpaq sahəsini, çay daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki üç tonluq metal su çənini nəvəsi X19 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının 12 aprel 2021-ci il tarixli arxiv arayışından görünr ki, 1991-1995, 1996-2000, 2001-2005-ci illərə dair Bucaq kənd Sovetliyinin (Xanabad kəndi üzrə) təsərrüfatbaşına kitablarında X6 təsərrüfatı başçısı yazılmışdır Yevlax rayon Bucaq kənd İƏD üzrə nümayəndəliyin (Xanabad kəndi üzrə) 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabında təsərrüfat üzvlərinin siyahısı X6-ailə başçısı,1920-ci il X27-gəlini,1964-cü il Cavabdeh2-nəvəsi, 1986-cı il Cavabdeh3-nəvəsi, 1987-ci il Cavabdeh4-nəvəsi, 1991-ci il Təsərrüfatın xüsusi mülkiyyətində olan torpağın sahəsi 0,06 ha (altı sot) yazılmışdır Torpağa mülkiyyət hüququna dair KOD 90102068 JN-203F saylı şəhadətnamədən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 26 nömrəli qərarı ilə Yevlax rayonu Xanabad kəndində yerləşən 0,06 hektar torpaq sahəsi X5, X20, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsinin 20 may 2021-ci il tarixli 992 №-li arayışında qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1920-ci il tarixdə anadan olmuş və Yevlax rayon Xanabad kəndində qeydiyyatda olmuş mərhum X7 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat -informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021-ci ilədək aparılmış və ailə tərkibi barədə heç bir məlumat aşkar edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Yevlax rayon qeydiyyat şöbəsinin 20 may 2021-ci il tarixli 992 №-li arayışında qeyd olunur ki, mərhum X3 adına Yevlax rayon Bəbbəsrə İN tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli 08 nömrəli ölüm haqqında qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Yevlax rayonu Xanabad kəndi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin 20 aprel 2021-ci il tarixli **********03 saylı məktubunda qeyd olunur ki, Yevlax rayonu, Xanabad kəndində 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi JN-203F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə əsasən X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumbirgə mülkiyyət hüququ 07.01,2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-208 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”da Yevlax rayonu, Xanabad kəndində X3 mülkiyyətində 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin 26 may 2021-ci il tarixli **********24 saylı məktubunda qeyd olunur ki, fərdi yaşayış evinə dair X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumbirgə mülkiyyət hüququ üzrə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, xx.xx.2019-cu il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydə alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin çıxarışın verilməsi üçün əsas olduğu üçün çıxarışda hər hansı bir düzəliş və ya ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyen edilmiş qaydada müvafiq məhkəmədə baxılır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasın Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxslər bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatın dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Əlavə məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanım Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə rayon müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin 15 noyabr 2021-ci il tarixli **********91 saylı məktubunda qeyd olunur ki, Yevlax rayonu, Xanabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yerləşən tövlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Torpağa mülkiyyət hüququna dair KOD 90102068 JN-208 saylı şəhadətnamədən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu, Xanabad kəndində yerləşən 0,28 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X5 mülkiyyətinə verilmişdir Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Yevlax rayonu, Xanabad kəndində yerləşən, 0.06 torpaq sahəsində yerləşən, 43.8 m2 olan fərdi yaşayış evi Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. Fərdi yaşayış evinin texniki pasportundan müəyyən olunur ki, həmin ev 1970-ci ildə inşa edilmişdir. Yevlax Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(039)-387/2022 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədən müəyyən olunur ki, X17 02 oktyabr 1993-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2023-cü il tarixli 2-1(102)-57/2023 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “X7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 adına Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ ilə 07 yanvar 2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq verilmiş çıxarışın fərdi yaşayış evinə münasibətdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququna münasibətdə ləğv edilməsi” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-cl il tarixli, 2-1(107)- 247/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasi Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2022-ci il tarixli 2(107)-247/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Qeyd edilmişdir ki, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, X7 11 dekabr 2007-ci il tarixdə Yevlax rayonu, Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çay daşından tikilmiş iki otaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki üç tonluq metal su çənini nəvəsi Məmmədova (Demirbay) Leyla Umud qızına vəsiyyət etmişdir. Cəmilə Allahverdiyeva 07 iyun 2018-ci il tarixdə ölmüşdür. Yevlax rayonu, Xanabad kəndində, həmin həyətyanı 0.06 torpaq sahəsi Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli qərarı ilə JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə, bu torpaq sahəsində yerləşən, 1970-ci ildə inşa edilmiş 43.8 m2 olan, iki otaqlı fərdi yaşayış evi isə xx.xx.2019-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından mərhum Cəmilə Allahverdiyeva əmlaklarını, özünə məxsus olan pay hissəsində İddiaçı1 vəsiyyət etməkdə haqlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həcmində İddiaçı1 Cəmilə Allahverdiyevaya aid hissədə miras əmlaklara dair payı müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, 0.06 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ölən günə Cəmilə Allahverdiyevanın rəsmi olaraq mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi üzərində yerləşən, 1970-ci ildə inşa edilmiş yaşayış evinə isə Cəmilə Allahverdiyevanın gözlənilən mülkiyyət hüququ olmuş, 2019-cu ildə isə bu hüquq rəsmi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Vəsiyyətnamədə qeyd edilmiş daşınar əmlak hesab edilən üç tonluq metal su çəninin Cəmilə Allahverdiyevaya məxsus olmadığını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Vəsiyyətnamədə qeyd edilən mal tövləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, lakin həmin tikili Cəmilə Allahverdiyevanın mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə bu sahəsinin tərkib hissəsi olduğundan həmin tikiliyə ayrıca payın müəyyən edilməsinə zərurət yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlər həmin vəsiyyətnaməni mübahisələndirmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onların iddiaları təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin iddiaçı, Yevlax rayonu, Xanabad kəndində, həmin həyətyanı 0.06 torpaq sahəsi və bu torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindəki qeydini cavabdehlərin adına qeyd edilən hissədə mübahisələndirsə də, onun iddiası da qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təmin edilməmişdir. Bu səbəbdən həmin hissələrin yenidən sübut edilməsinə ehtiyac yoxdur. İddiaçı1 payı müəyyən edilərkən məcburi pay tələb etmək hüququ olan qanun üzrə vərəsələrin maraqları nəzərə alınmalıdır. Belə ki, doğum haqqında şəhadətnamələrdə müəyyən çatışmamazlıqlar olsa da, İddiaçı2 özünün etirafı ilə təsdiq olunur ki, Cavabdeh5 onun doğma bacısıdır, Maarif Məmmədov isə doğma qardaşı olmuşdur. Cəmilə Allahverdiyevanın hər hansı digər qanun üzrə birinci növbə vərəsə olacaq ailə üzvünün olması müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Cəmilə Allahverdiyeva ölən günə oğlu Maarif Məmmədov artıq öldüyündən o, məcburi pay tələb etmək hüququ olan şəxslərin sırasına aid edilə bilməz, çünki məcburi payı tələb etmək hüququ Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında əs edilmiş hüquqi mövqeyə görə mirasın açıldığı an əmələ gəlir. Yalnız İddiaçı2 və Cavabdeh5 Cəmilə Allahverdiyevaya məxsus miras əmlakdan hər birinin ¼ hissədə məcburi pay tələb etmək hüququ ehtimal olunur və belə olduğu təqdirdə İddiaçı1 payı həmin şəxslərin paylarına aydınlıq gətirilənədək ½ hissədə müəyyən olunmalıdır. İddia ərizəsində qeyd edilsə də, İddiaçı1 JN-208 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilən 0.28 ha torpaq sahəsinə vərəsəlik üzrə hər hansı pay hüququnun olduğun müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddiaçı1 iddia ərizəsi qismən təmin edilsin. İddiaçı1 Daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 07 yanvar 2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış Yevlax rayonu, Xanabad kəndində yerləşən 0.06 torpaq sahəsində, həmin torpaq sahəsi üzərində inşa edilmiş 43.8 m2 olan fərdi yaşayış evində X4 aid hissəyə, habelə üç tonluq su çəninə münasibətdə ½ hissədə payı müəyyən edilsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-14/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-14/2024
08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver