Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1411/2023 10.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair” iddia ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhər, C.Cabbarlı küçəsində 1 nömrəli evin 10 nömrəli mənzilinə mükiyyət hüququnun tanınması və Dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1411/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1411/2023
10.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver