Məhkəmə qərarları › İş №2(039)-145/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-145/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-145/2023 14.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə iddiaçının vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, 1520 manat vergi borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, 1520 manat vergi borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmin iddia ərizəsi üzrə işin məhkəmə baxışı iclası 14 iyun 2023-cü il tarixə təyin edilmişdir. Daha sonra 14 iyun 2023-cü il tarixli məhkəmə baxış iclası zamanı ilkin iddia üzrə İddiaçı, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 ərizələr ilə məhkəməyə müraciət edərək hər iki tərəf iddia tələblərindən imtina etmələrini bildirmişlər. Məhkəmə hər iki ərizəni, mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddialardan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizələrinə xitam verdikdə xx.xx.2022-ci il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı, xx.xx.2022-ci il tarixli ********* saylı qəbzlə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 500 manat pul ilkin iddia üzrə İddiaçı özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İlkin iddiadan və qarşılıqlı iddiadan imtina qəbul edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, 1520 manat vergi borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair 2(039)-145/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2022-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilkin iddia üzrə İddiaçı, xx.xx.2022-ci il tarixli ********* saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş məhkəmə məsrəfi olan 500 manat məbləğində pul ilkin iddia üzrə İddiaçı özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar