Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1470/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı-nin sədri Nümayəndə, İddiaçı-nin cavabdeh “X1” ASC-yə qarşı cavabdehin mülkiyyəti hüququ əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X1” ASC-nin mülkiyyət hüququ əsasında İddiaçı” ASC-yə məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı-nin sədri Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı-nin cavabdeh “X1” ASC-yə qarşı cavabdehin mülkiyyəti hüququ əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1470/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1470/2020
19.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver