Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1509/2021 19.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Nəsirova Leyla Heydər qızının katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1000 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 05 noyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış Vaz-21070 markalı 10NR719 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05 mart 2021-ci il tarixdə Şəmkir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan VAZ- 21074 markalı 57CC191 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Şəmkir DYPB-nin protokolu ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verilməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 1000 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, Cavabdeh2 məxsus avtomobili etibarnamə olmadan idarə etmişdir. Həmin vaxt Şəmkir rayonunda yolnəqliyyat hadisəsi olmuşdur. Hazırda pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, Cavabdeh1 avtomobili etibarnaməsiz vermişdir. O da Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi törətmişdir. Pul hissə-hissə ödəniləcəkdir. Cavabdehlər məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiklərini, lakin hazırda 1000 manat pulu bir dəfəyə ödəməyə imkanları olmamasını və pulu hissə-hissə ödəyəcəklərini bildirmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, "xxxx" ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 06 may 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh1 xx xxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, E.Ağayev küçəsi ev 92-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 06 may 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh2 xx xxxxx 1959-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Şəmkir şəhəri, E.Hüseynov küçəsi ev 22-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, sığorta ödənişi ilə bağlı aktın surətindən məlum olur ki, VAZ-21074 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X1 1000 manat sığorta pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, dəymiş zərərin hesablanmasına dair aktın surətindən məlum olur ki, VAZ-21074 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X1 1000 manat sığorta pulu hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 12 aprel 2021-ci il tarixli ödəniş tapşırığının surətindən məlum olur ki, 1000 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, inzibati xəta haqqında AP ******* saylı protokolun surətindən məlum olur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş materialları ilə məlum olmuşdur ki, Cavabdeh2 özünə məxsus VAZ- 21070 markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-də icbari sığorta etmişdir. Həmçinin Cavabdeh2 özünə məxsus VAZ-21070 markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Cavabdeh1 vermişdir. Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, etibarnaməsiz Cavabdeh2 məxsus VAZ- 21070 markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələrinin tələblərini pozmuş, nəticədə X2 məxsus olan VAZ-21074 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. 12 aprel 2021-ci il tarixli 79694 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC tərəfindən X2 dəymiş zərərə görə 1000 manat pul ödənilmişdir. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat pulun tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Cavabdehlər iddianı etiraf edir. Ona görə də, iddia təmin edilməli, 1000 manat dəymiş ziyan və 30.40 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınıb "xxxx" ASC-nin xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1000 manat dəymiş ziyan və 30.40 manat dövlət rüsumu Cavabdeh1 və və Cavabdeh2 alınıb "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1509/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1509/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver