Məhkəmə qərarları › İş №2(039)-153/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-153/2020

21.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-153/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin Hakimi Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Rafiq oğlunun Cavabdeh Vaqif qızına qarşı “ümumi paylı mülkiyyətdə olan payların natura qaydasında ayrılması tələbinə” dair işə xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Rafiq oğlu Cavabdeh Vaqif qızına qarşı “ümumi paylı mülkiyyətdə olan payların natura qaydasında ayrılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətçisi olduqları Yevlax rayonu Nərimanabad kəndində yerləşən 2,1173 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların (iddiaçıların payının yanaşı olaraq) və Cavabdeh Vaqif qızı arasında payların natura qaydasında ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə saat 11:20-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinəəsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Rafiq oğlunun Cavabdeh Vaqif qızına qarşı “ümumi paylı mülkiyyətdə olan payların natura qaydasında ayrılması tələbinə” dair işüzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinəəsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlışəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görəərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDIM : İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Rafiq oğlunun Cavabdeh Vaqif qızına qarşı “ümumi paylı mülkiyyətdə olan payların natura qaydasında ayrılması tələbinə” dair işüzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizə baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada ərizə ilə məhkəməyəmüraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax rayon məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar