Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-155/2020 15.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nə məxsus Yevlax şəhəri, Bakı prospekti 27 ünvanında (Yevlax-Gəncə avtomobil yolunun sol tərəfi) yerləşən və Rusiyanın «Lukoil» neft şirkətinin istifadəsində olan yanacaqdoldurma məntəqəsinə və digər mülkiyyətinə müdaxilə etməsinə və məntəqənin fəaliyyətinə maneçilik törətməsinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı X2, varisi olduğu Azərbaycan Respublikası DƏDRX-i Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilən xx xxxx 2008-ci il tarixli ********** qeydiyyat nömrəli **********80-12301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan və həmin çıxarış üzrə 8543 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Yevlax şəhəri Bakı prospekti 27 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi ümumi sahəsi 203.61 kv.m. olan əmlak kompleksi (yanacaq və maye-qaz doldurma məntəqəsi) tam mülkiyyət hüququ ilə İddiaçı MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qevdiyatına alınmışdır. Həmin yanacaq doldurma məntəqəsi altındakı torpaq sahəsi ilə birlikdə İddiaçı MMC-nin tam mülkiyyətindədir. Hazırda İddiaçı MMC-yə məxsus Yevlax şəhəri Bakı prospekti 27 ünvanda yerləşən yanacaq doldurma məntəqəsi Rusiyanın “Lukoil” neft şirkətinə icarəyə verilmişdir. Şirkət yanacaq doldurma məntəqəsində uğurla fəaliyyət göstərir. Son vaxtlar ünvan 3 ünvanında yaşayan Yevlax şəhər sakini iş üzrə Cavabdeh adlı şəxs əlində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı X4 tərəfindən onun adna verilən Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0,03 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən xx xxxxxxxx 2015-ci tarixli ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarış və həmin torpaq sahəsinə dair xx xxxxxxxx 2015-ci il tarixli A seriyalı 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə peyda olaraq İddiaçı MMC-yə məxsus “Lukoil” neft şirkətinin istifadəsində olan yanacaq doldurma məntəqəsinin ərazisinə daxil olub məntəqənin işlək ərazisinin 0,03 ha sahəsinin ona məxsus olduğunu bildirərək söyüş və təhqiredici ifadələr işlədib məntəqənin tərk edilməsini tələb edir. O, xx xxxxxx 2019-cu il tarixndə bir neçə adamlarla yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olaraq yenə də söyüş və təhqiramiz ifadələrlə məntəqənin işlək ərazisini zəbt edib, qazıntı işləri apararaq dəmir borudan ibarət dirəklər basdırıb, ərazinin müəyyən hissəsini hasarlayıb, qazıntı işləri aparmağa cəhd edərək tiknti işləri aparmağa çalışır. Ona məxsus çıxarışdan görünür ki, ona Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin verdiyi torpaq sahəsi Bəyimsarov kənd ərazisinə aid torpaq sahəsinə, İddiaçı MMC-yə aid torpaq sahəsi isə Yevlax şəhər ərazisinə aid torpaq sahəsidir. İdarənin mütəxəssisləri mübahisəli qeydiyyatı əraziyə baxış keçirmədən Tərtər ərazisi adı ilə Yevlax şəhər ərazisində qeydiyyat aparıldığını etiraf edirlər. Cavabdehə aid Torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları ərazinin koordinatlarına uyğun olmaması da bu halı sübut edir. İdarənin mütəxəssisləri heç əraziyə getmədən də hər bir mütəxəssisin iş stolunun üstündə olan kompyuter vasitəsi ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil olub, rəqəmsal kadastr xəritəsini açıb ərazinin Tərtər rayonunun yox, Yevlax şəhərinin ərazisi olduğunu müəyyənləşdirə bilərdilər. İddia ərizəsinə əlavə olunan Yevlax şəhərinin İddiaçı MMC-nin mülkiyyətində olan **********283 reyestr nömrəli torpaq sahəsi də daxil olan cənub-qərb ərazisinin rəqəmsal kadastr xəritəsindən aydın görünür ki, Yevlax şəhərində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınan bütün torpaq sahələrinin reyestr nömrələri 901 rəqəmi ilə başlayır. 3-cü şəxsə aid torpaq sahəsinin reyester nömrəsi 611 rəqəmi ilə başlayır. Göründüyü kimi ərazinin rəqəmsal kadastr xəritəsi ilə də 3-cü şəxsə aid torpaq sahəsinin Yevlax şəhər ərazisində yerləşmədiyi sübut olunur. Əvvəllər ərazi Tərtər rayonunun ərazisi olub. Yevlax rayonunun ərazisi də Tərtər şəhərinə yaxın olub. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2006-cı il tarixli 96-İİİ Q saylı Fərmanı vəAzərbaycan Respublikası Mili Məclisinin müvafiq qərarı ilə təsdiqlənən Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununun İ hissəsinə əsasən Yevlax şəhərinə yaxın Tərtər rayonunun ərazisi, Tərtər şəhərinə yaxın Yevlax rayonunun ərazisi ilə dəyişdirilib. Bu dəyişdirmədən sonra həmin ərazidən 16,27 ha torpaq sahəsi Yevlax Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 116 saylı qərarı ilə İddiaçı MMC-yə satılıb. Yevlax şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2006-cı il tarixli 230 saylı Sərəncamı ilə “xxxxx” MMC-yə satın aldığı həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilib. 2006-2008-ci illərdə torpaq sahəsində tikinti işləri aparılıb. 2007-2008-ci illərdə tiklilər başa çatıb və DƏDR-də qeydə alınıb. Ərazi hətta Tər-Tər rayonun ərazisi olmuş olsaydı belə 2015-ci ildə ərazidə 0.03 ha torpaq sahəsi cavabdehin adına qeydə alınanda DƏDRX-nin mühəndisi əraziyə gəlib cavabdehin adına qeydə alınan torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarnı qeydə alanda ərazidə İddiaçı MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin mövcudluğunu və fəaliyyət göstərdiyini görməli və cavabdehin adna qeydə alınan 0.03 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarnı qeydə almayıb İdarənin rəhbərliyinə məlumat verməli, idarə də cavabdehin adına həmin 0.03 ha torpaq sahəsinin DƏDR-də hüquqların dövlət qeydiyyatına almaqdan imtina etməli idi. Torpaq sahəsini DƏDR-də qeydə alan ƏMDK yanında DƏDRX-nin 7 saylı X3 mütəxəsisləri etiraf edirlər ki, qeydiyyatı əraziyə heç baxış keçirmədən və cavabdehə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarnı qeydə almadan sahəni cavabdehin adına hüquqların dövlət qeydiyyatına alıblar. Hətta cavabdehin adına 0.03 ha torpaq sahəsi tam qanuni əsaslarla cavabdehin adına qeydə alınmış olsaydı belə cavabdeh yanacaqdoldurma məntəqəsinə müdaxilə etməyib, maneçilik törətməyib məntəqənin ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib qanuni qüvvəyə minmiş qətnamə əldə edib, qətnamə əsasında icra idarəsinin vasitəsi ilə qətnamənin icrasına nail olmalı idi. Ancaq cavabdeh özbaşınalıqla məntəqəyə müdaxilə edərək ərazisinə daxil olub məntəqənin işçilərini söyüb təhqir edir. Qazıntı işləri apararaq dəmir dirəklər basdırıb məntəqənin işlək ərazisini hasarlayıb zəbt edib, məntəqənin ərazisinə daxil olan maşınlardan pul tələb edir və məntəqənin fəaliyyətinə acıq-aşkar maneçilik törədir. Onun bu müdaxiləsi birbaşa iddiaçını mülkiyyət hüququnu pozur. Cavabdeh iddianı qəbul etməyərək izah etdi ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onun torpaq sahəsi yanaşadır. İddiaçının torpağını zəbt etməmişdir. Özünə məxsus torpaq sahəsində avtomobillər üçün dayanacaq və təmir sexləri düzəltmək istəyir. Lakin iddiçının əməkdaşları onun torpaq sahəsini özgənləşdirmək istəyirlər. İddiaçının mülkiyyətinə heç vaxt müdaxilə etməmişdir. Bu barədə aralarında məhkəmə mübahisələri çox olmuşdur və yekunda qərar onun xeyrinə çıxmışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə saat 10.30-a təyin edilmişdir. İddiaçı MMC-nin nümayəndəsinə məxsus 055 *** ** ** saylı mobil telefon nömrəsinə zəng olunaraq məhəkəmə iclasının vaxtı bildirilmiş, nümayəndə məhkəmə iclasına gələcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən hazırkı iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* saylı xx xxxx 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Bakı prospekti 27 ünvanında mülkiyyətində olan 0.60 ha torpaq səhəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX 072322 saylı xx xxxxxxxx 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Tərtər rayonu, Bəyimsarov kəndində Cavabdeh məxsus 0.03 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X1 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdehin iddiaçının mülkiyyətinə müdaxilə etməsinə və məntəqənin fəaliyyətinə maneçilik törətməsinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin mülkiyyətə müdaxilə nədən ibarət olduğunu və cavabdehin iddiaçıya məxsus məntəqənin fəaliyyətinə hansı formada maneəçilik törətməsinə dari məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «mülkiyyətə müdaxilənin qarşısının alınması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-155/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-155/2020
15.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver