Məhkəmə qərarları › İş №2(039)-1598/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1598/2025

23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1598/2025 23.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin birgə nikah müddətində əldə edilmiş əmlak hesab edilməklə həmin əmlakdan payının müəyyən edilməsi və cavabdehlə onun ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə dair paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin birgə nikah müddətində əldə edilmiş əmlak hesab edilməklə həmin əmlakdan payının müəyyən edilməsi və cavabdehlə onun ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə dair paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 53 kv.m olan fərdi yaşayış evi cavabdeh X5 ilə iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə həmin əmlakdan payının müəyyən edilməsini, ünvan 2 ünvanında yerləşən 0.1001 ha ölçüdə həyətyanı torpaq sahəsinə (yəni 0.05005 ha hissəsinə) iddiaçının pay mülkiyyət hüququnun müəyyən edilməsini və tərəfindən ödənilmiş 50 manat mediasiya xərci, 100 manat dövlət rüsumu və 325 manat vəkilə ödənilən haqqın cavabdeh X2 iddiaçını xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı, onun vəkili Vəkil və Cavabdeh məhkəmə iclasında 03 iyul 2025-ci il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən – 1). İddiaçı iddia tələbindən imtina edir və mübahisə predmeti olan daşınmaz əmlakdan yaşayış sahəsindən 15 gün müddətindən şəxsi əşyalarını, yorğan-döşəyini, qab-qacağını, mebelini götürərək çıxacaqdır. 2). Cavabdeh X1 Zivər Əmralı qazına 10000 (on min) manat pul vəsaiti verir ki, bunun müqabilində yuxarıda qeyd edildiyi kimi, İddiaçı iddia tələbindən imtina edir. 3). Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, İddiaçı həyətyanı torpaq sahəsindən mülkiyyət hüququ, (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrındən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan **********57-10-301 reyestr nömrəli çıxarışa əsasən ümumi mülkiyyətinə daxil olan) cavabdeh X3 mülkiyyətinə keçəcəkdir və qəbul ediləcək qərardad İddiaçı mülkiyyətinin Elburus Xəlilovun mülkiyyətinə keçməsi üçün əsas hesab ediləcəkdir, yəni İddiaçı həyətyanı torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətindən X3 xeyrinə imtina edir. 4). Tərəflər İddiaçı və X5 məhkəməyə təqdim etdikləri barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış 03 iyul 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı, onun vəkili Vəkil və cavabdeh X5 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 1). İddiaçı iddia tələbindən imtina edir və mübahisə predmeti olan daşınmaz əmlakdan yaşayış sahəsindən 15 gün müddətindən şəxsi əşyalarını, yorğan-döşəyini, qab-qacağını, mebelini götürərək çıxacaqdır. 2). Cavabdeh X1 Zivər Əmralı qazına 10000 (on min) manat pul vəsaiti verir ki, bunun müqabilində yuxarıda qeyd edildiyi kimi, İddiaçı iddia tələbindən imtina edir. 3). Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, İddiaçı həyətyanı torpaq sahəsindən mülkiyyət hüququ, (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrındən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan **********57-10-301 reyestr nömrəli çıxarışa əsasən ümumi mülkiyyətinə daxil olan) cavabdeh X3 mülkiyyətinə keçəcəkdir və qəbul ediləcək qərardad İddiaçı mülkiyyətinin Elburus Xəlilovun mülkiyyətinə keçməsi üçün əsas hesab ediləcəkdir, yəni İddiaçı həyətyanı torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətindən X3 xeyrinə imtina edir. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin birgə nikah müddətində əldə edilmiş əmlak hesab edilməklə həmin əmlakdan payının müəyyən edilməsi və cavabdehlə onun ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə dair paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar