Məhkəmə qərarları › İş №2(039)-160/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-160/2021

19.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-160/2021 19.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qeyd etməklə doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxsndə onun adı və soyadı X1 qeydiyyata düşsə də, şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeydiyyat aparılmışdır. Ona görə də əvvəlki adının və soyadının ləğv edilməsini və Ərizəçi kimi adının və soyadının bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verərək bildirmişdir ki, doğum akt qeydində adı Sədaqət, soyadı isə Şahmalıyeva göstərilib. Lakin o, şəxsiyyət vəsiqəsi alarkən ata adını soyad kimi götürmüş, adını isə Nigar kimi qeyd etdirmişdir. Hazırda onun doğum akt qeydi ilə şəxsiyyət vəsiqəsindəki adı və soyadı uyğun gəlmədiyi üçün doğum akt qeydindəki adının və soyadının dəyişdirilməsini istəyir. Məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mabahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1810 № li məktubdan görünür ki, ərizəçinin xx.xx.1978-ci il tarixli, 207 nömrəli doğum akt qeydi nəzərdən keçirilərkən, soyadı və adı Şahmalıyeva Sədaqət kimi qeyd olunmuşdur. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ərizəçiyə xx.xx.2005-ci ildə verilmiş ilkin şəxsiyyət vəsiqəsi “Əsədzadə” soyadı ilə verilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, ərizəçinin doğum akt qeydində ad və soyadının qeyd edilməsində hər hansı yanlışlıq olmamış, lakin ərizəçi şəxsiyyətini təsdiq edən sənəd alarkən ad və soyadını dəyişdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçinin hazırkı tələbinə məhkəmədə baxıla bilməz. Eyni zamanda ərizəçiyə izah olunur ki, hazırkı tələbi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ var. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar