Məhkəmə qərarları › İş №2(039)-1613/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1613/2020

02.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1613/2020 02.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Yevlax rayonu, Nərimanabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh onun mülkiyyətində olan Yevlax rayonu, Nərimanabad kəndində yerləşən fərdi yaşayış evindən yataq dəsti (1 ədəd şfoner, 1 ədəd qoşa kravat, 2 ədəd tumba, 1 ədəd güzgü), mətbəxt mebeli, 1 ədəd çarpayı üçün döşək, 1 ədəd yun yorğan, 1 ədəd yun tək yorğan, 1 ədəd sindifov yorğan, 1 ədəd buxovu adyal, 1 ədəd sadə pakrıval, 4 ədəd köhnə tük balış, 1 ədəd xalça, uşaq kravatı, uşaq kravatı üçün döşək, 1 ədəd dəmir uşaq beşiyi, 1 ədəd uşaq vannası, lüstur, 2 ədəd gül qabı, 1 ədəd saat, nəlbəki, qab-qacaq, boşqab, stəkan dəsti adlı əşyaların evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə eədərk izah etdi ki, oğlu Vüsal Mədətov cavabdehlə ailə qurmaqla evlənmişlər. Ailə münasibətləri baş tutmadığından boşanmışlar. Cavabdeh oğlu ilə ailə qurarkən özünə məxsus cehiz əşyalarını ona məxsus evə gətirmişdir. Lakin oğlu ilə ayrılıb gedərkən öz əmlaklarını aparmamışdır. Cavabdehin cehiz əşyalarının onun evində qalmasını istəmir. Evi darısqal olduğuna görə əşyalar çox yer tutur. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, ona təqdim edilmiş göstərilən əmlaklar ona məxsusdur və iddiaçının evində qalmışdır. Həmin əmlakların götürülməsi ilə bağlı gedərkən iddiaçı həmin əmlakları ona nümayəndənin iştirakı ilə və ya məhkəmə qətanməsi əsasında verəcəyini bildirmişdir. Onun əmlakalrının həmin evdən çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1956-cı il tarixdə Yevlax rayonu, Nemətabad kəndində anadan olmaqla, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHBnın Səmədabad kənd X2 Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 378 saylı arayışından məlum olur ki, Cavabdeh Yevlax rayonu, Nərimandbad kəndində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, Vüsal Mədətov ilə Cavabdeh evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə iddiaçıya məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. X3 Mədətova ayrılmışlar. Cavabdeh əmlakları iddiaçılara məxsus evdə qalmışdır. Cavabdeh iddianı qəbul edərək, əmlakların çıxarılmasına etiraz etmir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus və Yevlax rayonu, Nərimanabad kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən yataq dəsti (1 ədəd şfoner, 1 ədəd qoşa kravat, 2 ədəd tumba, 1 ədəd güzgü), mətbəxt mebeli, 1 ədəd çarpayı üçün döşək, 1 ədəd yun yorğan, 1 ədəd yun tək yorğan, 1 ədəd sindifov yorğan, 1 ədəd buxovu adyal, 1 ədəd sadə pakrıval, 4 ədəd köhnə tük balış, 1 ədəd xalça, uşaq kravatı, uşaq kravatı üçün döşək, 1 ədəd dəmir uşaq beşiyi, 1 ədəd uşaq vannası, lüstur, 2 ədəd gül qabı, 1 ədəd saat, nəlbəki, qab-qacaq, boşqab, stəkan dəsti adlı əşyaları çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Nərimanabad kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus yataq dəsti (1 ədəd şfoner, 1 ədəd qoşa kravat, 2 ədəd tumba, 1 ədəd güzgü), mətbəxt mebeli, 1 ədəd çarpayı üçün döşək, 1 ədəd yun yorğan, 1 ədəd yun tək yorğan, 1 ədəd sindifov yorğan, 1 ədəd buxovu adyal, 1 ədəd sadə pakrıval, 4 ədəd köhnə tük balış, 1 ədəd xalça, uşaq kravatı, uşaq kravatı üçün döşək, 1 ədəd dəmir uşaq beşiyi, 1 ədəd uşaq vannası, lüstur, 2 ədəd gül qabı, 1 ədəd saat, nəlbəki, qabqacaq, boşqab, stəkan dəsti adlı əşyaları çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar