Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1635/2020 28.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Ələsgərova (Məmmədova) Elza Həşim qızının iştirakı ilə, iddiaçı Ələsgərova (Məmmədova) Elza Həşim qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, Cavabdeh7 qızına, Cavabdeh6 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi” tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərar ilə “Torpağın mülkiyyət hüququna dair JN-253 (KOD 90112028) saylı Dövlət aktı ilə Yevlax rayonu Nərimanabad kəndində yerləşən, ümumibirgə mülkiyyətlərində olan 0,25 ha həyətyani torpaq sahəsinin və Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərar ilə “Torpağın mülkiyyət hüququna dair JN-184, (KOD 90112029) saylı Dövlət aktı ilə Yevlax rayonu Nərimanabad kəndində yerləşən, ümumibirgə mülkiyyətlərində olan 4,31 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün nəzərdə tutulan torpaq sahəsinə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən, Yevlax rayonu, Nərimankənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və 4,31 ha torpaq sahəsi onların yəni, onun və hazırkı cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Qeyd edildiyi kimi ümumibirgə mülkiyyətdə olan əmlaklar hər biri ayrı-ayrılıqda 8 nəfər şəxsin daşınmaz əmlakıdır. Ümumi birgə mülkiyyətində olan torpaq sahələri paylara münasibətdə naturada bölünmədiyindən, o, öz payını nə sata bilir, nə də həmin torpaq üzərində sərəncam vermə hüququnu müəyyənləşdirə bilmir. Cavabdehlərlə qarşılıqlı razılıq əldə edə bilmədiyi üçün məhkəməyə müraciət edərək ümumi birgə mülkiyyətdə olan 0,25 ha torpaq sahəsinin və 4,31 ha torpaq sahəsinə payının müəyyən edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ələsgərova (Məmmədova) Elza Həşim qızı iddia tələbini müdafiə edərək, Yevlax rayon Nərimanabad kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0,25 ha həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan 4,31 ha torpaq sahəsində cavabdehlərin payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçının onlarla hər hansı qohumluq münasibətlərinin olmamasını və onların ailə üzvlərinə ayrılmış torpaq sahələrinə iddiaçının payının müəyyən edilməsinə etiraz etdiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: JN:253A KOD 90112028 saylı “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədən müəyyən edilir ki, Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Elza Məmmədova və Cavabdeh5 verilmişdir. JN:1xx xxx 90112028 saylı “torpağın mülkiyyətə verilməsinə” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 4,31 ha kənd təsərrüfatı torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Elza Məmmədova və Cavabdeh5 verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 056965 №li nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə X3 (iddiaçı) arasında xx.xx.2003-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin sentyabr ayının 23-cü günündə 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada Ələsgərova soyadı verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarları ilə Ələsgərova (Məmmədova) Elza Həşim qızına və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Nərimanabad kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 4,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/8 hissəsinə iddiaçının payı müəyyən edilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinə məxsus Yevlax rayonu Nərimanabad kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və Yevlax rayonu X1 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə Cavabdeh1 oğlu və onun ailə üzvlərinə məxsus Yevlax rayonu Nərimanabad kəndində yerləşən 4,31 ha kənd təsərrüfatı torpaq sahəsinin 1/8 hissəsinə iddiaçı Ələsgərova (Məmmədova) Elza Həşim qızınınpayı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1635/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1635/2020
28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver