Məhkəmə qərarları › İş №2(039)-1640/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1640/2020

24.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1640/2020 24.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «50 baş keçi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «50 baş keçi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 50 baş keçinin və ya onun dəyəri olaraq 5000 manat pulun və borc verdiyi 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ünvanlayaraq, həmin keçilərin alınması üçün verdiyi 2000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin müdafiə edərək izah etdi ki, cavabdehlə dostluq münasibətlərində olmuşlar. Cavabdeh ona qonşusu keçi satdığını bildirmişdir. Pulu olsaydı həmin keçiləri alıb baxmaqda ona köməklik edəcəklərini bildirmişdir. Cavabdehə etibar edərək ona 2000 manat pul vermiş və cavabdeh də həmin pula 50 baş keçi almışdır. Bundan 2 il sonra ona təcili pul lazım oldu. Cavabdehə həmin keçilərin satılması ilə bağlı müraciət edərkən, Mehdi keçilərin olmadığını bildirmişdir. Hazırda cavabdehdən 2000 manat pulun alınaraq ona verilməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X3 iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər dost olmuşlar. İddiaçı cavabdehə xeyrinə şərik olmaq şərti ilə 50 baş keçinin alınması üçün 2000 manat pul vermişdir. Cavabdeh həmin pulları iddiaçıdan götürərək keçi aldığını bildirmiş və həmin keçilərin otlaqda olduğunu bildirmişdir. Lakin iddiaçıya pul lazım olan zaman keçiləri satmaq istəyərkən cavabdeh keçilərin mövcud olmamasını bildirmişdir. İddiaçı vəkili X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, Vüqar ona 50 baş keçinin alınması üçün 2000 manat pul vermişdir. Həmin 2000 manat pulu İddiaçı qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir ŞPŞ-si tərəfindən xx xxxxx 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, Naxçıvan küçəsi ev 29, mənzil 35-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə şəhər Ticarət Mərkəzi MMC-nin xx xxxxxx 2020-ci il tarixli 215 saylı arayışından məlum olur ki, mal-qara satış bazarında 1 baş keçi 90-100 manat 1 baş balalı keçi 130-140 manat və 1 baş iki balalı keçi 160-180 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Polis şöbəsinin materiallarından məlum olur ki, Novruzov X2 şəhər Polis şöbəsinə müraciət etmişdir. Müraciət əsasında Cavabdeh izahatı alınmış və Cavabdeh izahatında İddiaçı 1500 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 50 baş keçinin alınması üçün 2000 manat pul vermişdir. Cavabdeh iddiaçıdan 2000 manat pul alsa da, iddiaçıya nə keçi və də pulu qaytara bilməmişdir. Cavabdeh İddiaçı 2000 manat pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar