Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-165/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4 Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsinə qarşı «protokolun etibarsızlığı» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsinə qarşı «protokolun etibarsızlığı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Mərkəzinin hərracın nəticələri haqqında xx xxxxxx 2018ci il tarixli Y-431 saylı Protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, xx xxxxxx 2018-ci il tarixində Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş edilərək X1 məxsus Yevlax şəhəri Q.Quliyev küçəsi ev 1A, mənzil 25 ilkin satış qiyməti 55000 manat olmasına baxmayaraq, həmin məbləğ 25 faiz endirərək 35062 manat 50 qəpik müəyyənləşdirilmişdir. Hərracın nəticələri hazırkı qeyd etdiyi mübahısələndırdiyi Y-431 saylı protokolla rəsmiləşdirilmişdir. Bu barədə tərtib olunan protokolla satılan əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması müəyyənləşdirilmişdir. X4 Mərkəzi mənzilini hərrac vasitəsilə satarkən Hərrac Mərkəzi ona məlumat verməmişdir. Nəticə etibarilə o evinin satışından belə xəbərdar olmamışdır. Qeyd etdiyi hallar ciddi qanun pozuntusudur. Hərracın nəticələri haqqında protokol onun əmlakının yeni mülkiyyətçisini müəyyən edir və daşınmaz əmlakın dövlət reyestri tərəfindən müvafiq qeydlərin aparılmasına səbəb olur. Hesab edir ki, xx xxxxxx 2018-ci il tarixli Y-431 saylı protokol yəni hərracın nəticələri haqqında hazırkı yekun protokolu onun hüquqlarının pozulması ilə çıxarıldığından və qəbul edildiyindən etibarsız hesab edilməlidir. Çünki o yekun qərarla bağlı eləcə də hərracın keçirilməsi ilə bağlı məlumatlı deyil. Bu hal ən pis halda onun hüquqlarını pozur. Odur ki, hazırkı protokolu yəni Hərracın nəticələri haqqında çıxarılmış yekun protokolu əsassız hesab etməklə bərabər, onun məhkəmə qaydasında etibarsız hesab edilməsini əsaslı hesab edir. Hərrac Mərkəzi onun əmlakını satan zaman digər şəxsin mülkiyyəti hesab edən zaman həmin əmlakın hərracını keçirməmişdən qabaq onu xəbərdar etməli idi, bu barədə müvafiq bildirişlə məlumatlanmalı idi. Bu baxımdan da hazırkı iddiasi ilə mülkiyyəti barəsində çıxarılan hazırkı protokolun etibarsız hesab edilməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X4 Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər X4 Mərkəzinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsinin nümayəndələrinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş 246 saylı arayışdan məlum olur ki, İddiaçı Yevlax şəhəri, Q.Quliyev küçəsi 1A, mənzil 25-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X3 tərcümə olunmuş formada məktubundan məlum olur ki, Azərbaycan Respublikası Milli Komandasının baş məşqçisi İddiaçı 01-xx xxxxxx 2019-cu il tarixndə X5 Avtonom Respublikasında keçiriləcək təlim-məşq toplanmasına getmənizi və həmin məşq proseslərinə tam hazırlıqlı 8 idmançının aparılmasını və hazırlığını təşkil etməsi, aprel 2019-cu il tarixində Sankt- Peterburqda keçiriləcək bütün döyüş növləri üzrə olimpiadada iştirakları üçün hazırlanmağın təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1977-ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmaqla, Yevlax rayonu, Kövər kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən863/18 saylı qeydiyyat vəsiəsinin surətindən məlum olur ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi 1A, 25 saylı mənzilin ilkin satış qiyməti 55000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2018-ci il tarixli 3299/5 saylı məktubunun surətindən məlum olur ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi 1A, 25 saylı mənzilin hərrac yolu ilə satışının keçirilməsini təşkil edilməsi X4 Mərkəzi MMC-dən xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənŞəki Apellyasiya Məhkəməsinin 2(107)-783/2017 saylı icra vərəqəsinin surətindən məlum olur ki, cavabdeh İddiaçı borc tutularaq iddiaçıya ödənilməsi, borcun Yevlax şəhəri, Q.Quliyev küçəsi 1A, 25 saylı mənzilə yönəldilməsi və Yevlax şəhəri, Q.Quliyev küçəsi 1A, 25 saylı mənzilin ilkin satış qiyməti 55000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənhərracın keçirilməsi haqqında sifarişin surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan əmlaklar üçün hərrac keçirilməsi X4 Mərkəzi MMC-dən xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X4 Mərkəzi MMCninnəticələri haqqında Y-431 saylı yekun protokolun surətindən məlum olur ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi 1A, 25 saylı mənzili Unibank KB ASC 35062.50 manata hərracdan almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən bildirişlərin surətindən məlum olur ki, hərracın keçirilməsi ilə bağlı tərəflərə xəbərlıq ünvanlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xəbərnamələrin surətindən məlum olur ki, İddiaçı hərracın keçirilməsi ilə bağlı bildirişləri şəxsən imza etməklə qəbul etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı özünə məxsus Yevlax şəhəri Q.Quliyev küçəsi ev 1A, 25 saylı mənzili ipoteka qoyaraq Unibank ASC-dən kerdit götürmüşdür. İddiaçı krediti ödəmədiyindən bank məhkəməyə müraciət etmiş və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-783/2017 saylı qətnaməsi ilə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında X4 Mərkəzi MMC-də hərrac keçirilməsi təyin edilmiş və hərracın keçirilməsi barədə İddiaçı lazimi qaydada xəbərdar edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə hərrac keçirilmiş və bu barədə Y-431 saylı yekun protokol tərtib edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, hərracın keçirilməsindən xəbəri olmadığını bildirərək, Y-431 saylı yekun protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hərracın keçirilməsində heç bir qanun pozuntusuna yol verilməmiş və cavabdeh hərracın keçirilməsi ilə bağlı lazimi qaydada xəbərdar olunmuşdur. Ona görə də məhkəmə belə qənayətə gəlir ki, İddiaçı cavabdehlər X4 Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsinə qarşı «protokolun etibarsızlığı» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddiaçı cavabdehlər X4 Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsinə qarşı «protokolun etibarsızlığı» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-165/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-165/2020
25.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver