Məhkəmə qərarları › İş №2(039)-1655/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1655/2024

02.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1655/2024 02.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 13 saylı X2 Mərkəzi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, meşə fondu sahəsində qanunsuz qırıntı nəticəsində dövlətə dəymiş zərərin əvəzi 569 manat 06 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon Şöbəsinin Az 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Mərkəzi Qaraoğlan meşəbəyliyinin 2 saylı meşə dolayısının 1-ci kvartalında meşə gözətçisi Cəlal Mehdiyevin xx.xx.2024-cü il tarixli şifahi məlumatına əsasən reyd keçirilən zaman Yevlax rayonu, Əcəmi kənd sakini Cavabdeh köküstə yaş ağacların qanunsuz olaraq kəsilməsi faktı müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh hüququzidd hərəkətləri nəticəsində X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.01. 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilkidə 569 manat 06 qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli 3-14.27-13/2-087/2024 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək qeyd etmişdir ki, 2016-cı il tarixdə bələdiyyə fondundan ona 3 hektar torpaq sahəsi vermiş, həmin torpaq sahəsində bağ salmış, digər ərazinin meşə ərazisi olduğunu bilmədiyi üçün ağac və koları təmizləmiş və meşə fonduna dəymiş zərəri maddi vəziyətinin aşağı olması səbəbindən ödəyə bilmir, barəsində ədalətli qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 13 saylı X2 Mərkəzinin xx.xx.2024-ci il tarixli 007663 nömrəli aktından görünür ki, Yevlax rayonu, Qaraoğlan kənd sakini Cavabdeh ərazidəki 29 ədəd nar, beş ədəd yulğun kolunun kəsərək məhv edildiyi, 6 ədəd 12 sm, 2 ədəd 16 sm, 4 ədəd 20 sm dm-də,akasiya cinsindən, 2 ədəd 12 sm, 3 ədəd 16 sm, 1 ədəd 20 sm, 1 ədəd 24 sm dm-də tut cinsindən 1 ədəd 2 sm, 1 ədəd 24 sm, 1 ədəd 48 sm, 1 ədəd 52 sm qaraağac cinsindən olan köküstə yaş halda ağacların kəsildiyini müəyyən edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Qaraoğlan meşəbəyliyinin 2 saylı meşə dolayısının 1-ci kvartalında olan qırılan onun tərəfindən baş vermişdir. Bunu etmək məqsədi bağ salmaq qoz ağacları əkmək olmuşdur. Ərazinin meşə fondu torpağı olduğunu bilməmiş, çünki həmin ərazidə ona məxsus 3 ha bağ sahəsi var və 2016-cı ildən istifadə edir. Sahəni çəpərləməkdə məqsədi bağa mal-qara girməsinin qabağını almaq olmuşdur. 21 yanvar 2024-cü il tarixli həcm-qiymət cədvəlindən görünür ki, X8 ümumilikdə 569.06 manat məbləğində maddi zərərin vurulması müəyyən edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Qaraoğlan meşəbəyi vəzifəsində işləyən X3 ifadəsində həmin ərazi 18 sot torpaq sahəsinin meşə fondun torpaq sahəsi olduğunu, ərazinin çəpərləndiyini, orada olmuş kol və ağacların Cavabdeh tərəfindən kəsildiyini bildirmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş 13 saylı X2 Mərkəzinin Yevlax meşəbəylikləri üzrə mühafizə mühəndisi vəzifəsində işləyən X5 ifadəsində bildirmişdir ki, həmin mübahisəli əraziyə baxış keçirən zaman orada mövcud olmuş ağac və koların Cavabdeh tərəfindən kəsildiyini və ərazinin çəpərləndiyini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, iş materialları ilə öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 569.06 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 569 (beş yüz atmış doqquz) manat 06 qəpik məbləğində pul alınaraq iddiaçı Bərdə X2 Mərkəzinin “Kapital Bank” Bərdə rayon Şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar