Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-166/2022 03.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçinın nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçinın sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN-424 KOD 90100016 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış soyadının “İbrahimlinin”nin “İkramlı” müəyyən edilərək həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, onun soyadı İkramlı, adı Əminə və atasının adı Tahirdir. Lakin həyətyanı torpaq sahəsi üçün onun və ailə üzvlərinin adına verilmiş JN-424 KOD 90100016 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyadı səhvən “İbrahimli” yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. JN-424 KOD 90100016 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadında getmiş səhvliyin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də JN-424 KOD 90100016 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış soyadı “İbrahimli”nin “İkramlı” müəyyən edilərək həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun ərinin qardaşı qızıdır. Yevlax rayonu, Rüstəmli kəndində 0,18 ha torpaq sahəsi mülkiyyətlərinə ayrılmışdır və buna dair JN-424 KOD 90100016 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan müəyyən edilmişdir ki, həmin zaman Ərizəçinın şəhadətnamədə soyadı səhv olaraq İbrahimli kimi qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 15 noyabr 2021-ci il tarixli **********89 nömrəli məktubunda qeyd olunur ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. Əlavə məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət edə bilərsiniz. KOD 90100016 JN-424A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnmənin surətindən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001ci il tarixli 58 nömrəli qərarı ilə Yevlax rayonu Aran-1 qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi X6, X7, X2, X4 və X3 mülkiyyətinə verilmişdir. Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi 08.09.1993-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, atası X11, anası X10muşdur. Şəhadətnamə 21 oktyabr 1993-cü il tarixdə verilmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 08 may 1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X5 arasında nikah bağlanmış, Nikah bağlandıqdan sonra arvada Amoyeva soyadı verilmişdir. (08 may 1991ci il 12№-li qeyd) Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi və onun ailə üzvlərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 58 nömrəli qərarı ilə, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0,18 ha torpaq sahəsi ayrılsa da, bu barədə onlara JN-424A KOD 90100016 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən şəhadətnamədə texniki səhv olaraq ərizəçinin soyadı “İbrahimli ” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə JN- 424A KOD 90100016 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən digər şəxslərlə yanaşı ərizəçiyə də məxsus olması təsdiq olunur, bu, ərizəçiyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün lazımdır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Lakin, ərizədə “İbrahimli” soyadının “İkramlı” müəyyən edilməsi hissəsində ərizə təmin edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Yevlax rayonu, Aran-1 qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə aid JN-424A KOD 90100016 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə “X8” kimi qeyd edilən hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-166/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-166/2022
03.02.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver