Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1685/2020 22.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X5 X6 Yevlax şəhər şöbəsinin nümayəndəsi Əsədova Qərənfil Adgözəl qızının iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X5 X6 Yevlax şəhər şöbəsini maraqlı şəxs qismində göstərməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X1 Щ 027620 №li, xx xxxx 1975-ci il tarixli diplomunun ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1955-ci il tarixdə Yevlax rayonunun Şilyan kəndində anadan olmuş, 1971-1975-ci illərdə X1 “metalların kəsməklə emalı” ixtisası üzrə tam kursunu əyani bitirmişdir. Bu barədə ona müvafiq olaraq xx xxxx 1975-ci il tarixdə Щ 027620 №-li diplom da verilmişdir. Hazırda yaşıyla və iş stajıyla əlaqədar olaraq əmək pensiyasına çıxır. Əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, diplomunda soyadı Adgözəlov, adı İsabalı yazıldığına görə həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İ.Adığözəlov ərizəsini müdafiə edərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Əsədova Qərənfil Adgözəl qızı izahat verərək bildirdi ki, ərizəçinin ad və soyadının ona məxsus diplomda səhv yazılması nəticəsində ərizəçinin əyani təhsil aldığı illəri onun iş stajına daxil etmək mümkün deyil. Hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. xx.xx.1955-ci il tarixdə verilmiş ЙЖ seriyalı 342238 №-li “Doğum haqqında şəhadətnamədən görünür ki, Adgözəlov İsbalı Rəcəb oğlu xx.xx.1955-ci il tarixdə anadan olmuşdur; atası –Adgözəlov Rəcəb Adgözəl oğlu, anası – Adgözəlova Fatma Nəzir qızıdır. xx xxxx 1979-cu il tarixdə verilmiş ЖГ 302837 №li nikah haqqında şəhadətnamədən görünür ki, Adgözəlov İsbalı Rəcəb oğlu ilə X4 arasında bağlanmış nikah 1979-cu ilin iyul ayının 23-cü günündə akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Adgözəlov, arvada isə Adgözəlova soyadı verilmişdir. Ərizəçi olan, xx.xx.2013-cü il tarixində verilmiş AZE seriyalı, ******** №-li “Şəxsiyyət vəsiqəsi”ndə ərizəçinin soyadı “Adıgözəlov”, adı “İsbalı”, atasının adı “Rəcəb”, doğulduğu yer “Yevlax rayonu Şilyan kəndi”, doğulduğu tarix isə “xx.xx.1955”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu, Yuxarı Salamabad kəndi” göstərilmişdir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Yevlax şəhər şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli **********1 saylı məktubdan görünür ki, Ərizəçi X1 diplomunda adı və soyadı Adgözəlov İsabalı yazıldığına görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi və ona əmək pensiyası təyin etmək mümkün olmamamışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin Щ 027620 №-li, xx.xx.1975-ci il tarixli “diplomun”da ərizəçinin soyadı və adı düzgün yazılmamış- “Adgözəlov İsabalı Rəcəb oğlu” kimi qeyd olunmuşdur. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə isə ad və soyadı Ərizəçi kimi qeyd edilmişdir. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin (MPM) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, Щ 027620 №-li diplomda göstərilən “ Adgözəlov İsabalı Rəcəb oğlu” AZE seriyalı,******** №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “ Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin diplomun ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 Щ 027620 №-li, xx xxxx 1975-ci il tarixli diplomunun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1685/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1685/2020
22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver