Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1691/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh «xxxxxxxxxx» ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə və «xxxxxxxxxx» ASC-nə qarşı «istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə və «xxxxxxxxxx» ASC-nə qarşı «istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində istehsalat xəsarəti alaraq əlil olduğundan və bu səbəbdən ona dəymiş zərərə görə xx xxxxxxx 2019-cu il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək hər ay ödənilməli olan 55 manat ödəncin 11 ay üzrə cəminin 605 manat məbləğində müəyyən edilərək ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o yunun ilkin emalı fabrikində 1979-cu ildən müəssisə, dağılana qədər işləmişdir. İşlədiyi dövrdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sağ çiyninin qırığı və beyin travması almış, uzun müddət xəstəxana şəraitində qalaraq təsadüf nəticəsində həyata dönmüşdür. Bundan sonra o 2-ci qrup əlil olmuşdur. Yevlax yunun ilkin emalı fabriki adı altında fəaliyyət göstərən müəssisə onun istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı istehsalat zədəsindən və əlilliyindən rəğmən ona hər ay ödəniş ödəyirdi. Bütün bu proseslər müəssisə dağıldığı dövrədək lazımi səviyyədə icra edilirdi. Yunun ilkin emalı fabriki fəaliyyətini dayandırdıqdan sonra müəssisə özəlləşməyə çıxarıldığından, 1995-ci ilindən xx xxxxxxx 2019-cu il tarixədək o ödənci DSMF-nin Yevlax rayon Şöbəsindən almışdır. Müavinəti xx xxxxxxx 2019-cu il tarixindən dayandırılıb. Dayandırılmanın səbəbini DSMF-nun Yevlax rayon Şöbəsi belə izah edir ki, müəssisə özələşdirilərək “xxxxxxxx” MMC adı ilə fəaliyyət göstərir. Bu səbəbdən də ödəncin “xxxxxxxx” MMC tərəfindən ödənilməsi ona bildirilmişdir. O, bu müavinəti hər ay DSMF tərəfindən 55 manat olmaqla alırdı. Artıq xx xxxxxxx 2019cu il tarixindən 11 aydır ki, o zəruri müavinəti ala bilmir, “xxxxxxxx” MMC eləcə də DSMFnun Yevlax rayon Şöbəsi bu mübahisə ilə bağlı onu bir-birinin əlində oyuncağa çeviriliblər. O, əlil bir şəxs olaraq bu özbaşınalığın sonunu gözləmişdir. Hər iki cavabdeh qanuni haqqlarını nizamlamaq istəmir. DSMF-nun Yevlax rayon Şöbəsi müavinətini ödədəyi halda xx xxxxxxx 2019-cu il tarixindən bu prosesləri dayandırıb. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxxxxxxxx» ASC-nin nümayəndəsi X8 məhkəməyə izah etdi ki, “xxxxxxxx” İB (Yevlax yunun ilkin emalı fabriki) özəlləşdirilmiş və «xxxxxxxxxx» ASC adını daşıyır. «xxxxxxxxxx» ASC özəlləşdirilsə də, onun fəaliyyəti dayandırılmış və hər hansı bir gəliri yoxdur. Müavinatı ödəməyə nə əmlakı və də gəliri var. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehn xx xxxxxx 2020-ci il tarixli **********9 saylı məktubundan məlum olur ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixədək peşə xəstəliyinə görə müavinət ödənilmişdir. Hal-hazırda müavinət xx xxxxxx 2019-cu il tarixdən dayandırılıb. Dayandırılma səbəbi olaraq, Peşə xəstəliyinə görə müavinət Yevlax Yun ASC-nin özəllədirilməsi ilə əlaqədar özəlləşdirilən müəssisə tərəfindən ödənilməli olduğu bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 1985-ci il tarixli 4 saylı aktın surətindən məlum olur ki, İddiaçı bədbəxt hadisə nəticəsində xəsarət almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirlməsi haqqında xx xxxxx 2002-ci il tarixli 163 saylı sərəncamının surətindən məlum olur ki, «xxxxxxxxxx» ASC özəlləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2002-ci il tarixli 3441 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən məlum olur ki, «xxxxxxxxxx» ASC dövlət mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2004-cü il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən məlum olur ki, «xxxxxxxxxx» ASC vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2019-cu il tarixli Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışının surətindən məlum olur ki, «xxxxxxxxxx» ASC-nin 10 % X1, 20 % X5 və 61.4677 % “X7 X2 Sanayi ve Ticater LTD” şirkətinə məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «xxxxxxxxxx» ASC-nin xx xxxx 2020-ci il tarixli 01K saylı əmrinin surətindən məlum olur ki, xx xxxxx 2020-ci il tarixdən etibarən «xxxxxxxxxx» ASC-nin fəaliyyəti müvəqqəti olaraq 5 (beş) il müddətinə qədər dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının «xxxxxxxxxx» ASC-də işlədiyi dövrdə əmək zədəsi alması, əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilmişdir. «xxxxxxxxxx» ASC özəlləşdirilmişdir. Həmin müəssisədə xəsarət almış iddiaçıya xx xxxxxxxx 2019-cu il tarixədək aylıq ödəncin verilməsinin həyata keçirilmişdir. Həmin tarixdən ödəncin dayandırılmış və hazırkı işin mübahisəsiz halıdır, bu faktları tərəflər və işdə olan sübutlar təsdiq edir. Məhkəmə qeyd edir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydaları təsdiq edilmişdir. Bu Qaydalara müvafiq şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlər verilməsi qaydası müəyyən edilmişdir. Qaydalara görə bu Qaydaların qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisəslərinin, xx xxxxxxxx 2003-cü il tarixdən bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin və Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Qaydaların 4.3-cü bəndinə əsasən aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmayaraq, 2003-cü ilin oktyabrın 1-dən etibarən, bu Qaydaların 2.1.1 və 2.1.2-ci bəndlərində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək, 2.1.3-cü bəndində nəzərdə tutulan müəssisələrin isə onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.3-cü bəndində görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yerli orqanları tərəfindən həyata keçirilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Məhkəmə iclasında müəyyən etmişdir ki, iddiaçı yunun ilkin emalı fabrikində 1979cu ildən müəssisə, dağılana qədər işləmişdir. İşlədiyi dövrdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində sağ çiyninin qırığı və beyin travması almışdır. Bundan sonra o 2-ci qrup əlil olmuşdur. Bununla əlaqədar iddiaçıya DSMF-nun Yevlax rayon şöbəsi tərəfindən 55 manat məbləğində aylıq müavinət ödənilmişdir. Həmin müavinətın verilməsi xx xxxxxxxx 2019-cu il tarixdən dayandırılmışdır. Dayandırılmanın səbəbi kimi, «xxxxxxxxxx» ASC-nin özəlləşdirilməsi qeyd edilmişdir. «xxxxxxxxxx» ASC-nin fəaliyyəti xx xxxxx 2020-ci il tarixdən dayandırılmışdır. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək verilməyə cəmi 605 manat dəyərində müaviətin cavabdehlər tərəfindən ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək aylıq ödəncin cəmi 605 manat ödənilməyən hissəsinin ödənilməsini xahiş etmiş, həmin ödəncin aylıq məbləğinin 55 manat olması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, «xxxxxxxxxx» ASC-nin fəaliyyətinin dayandırılması iddiaçıya müavinətin ödənilməsinin dayandırılması üçün əsas deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «xxxxxxxxxx» ASC-dən 605 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə qarşı hissəsi müavinət «xxxxxxxxxx» ASC tərəfindən ödənilməli olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxx» ASC-dən 605 manat məbləğində pul tutularaq İddiaçı xeyrinəödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1691/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1691/2020
15.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver