Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1723/2025 14.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətemtişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN-159 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 6.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvləri (X8, X7, X3 və X9) xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin yenidən sənədləşməsi ilə bağlı ölçmə işlərinin aparılması zəruridir. Lakin onların müraciətinə cavab olaraq üçüncü şəxs Cavabdeh1n 17 saylı Yevlax Ərazi İdarəsinin 05 may 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, «İdarənin mütəxəssisi X10 29 aprel 2025-ci il tarixdə Yevlax rayonu Rüstəmli kəndi ərazisində JN-159 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.08 ha torpaq sahəsinə naturada baxışın keçirilməsi və çöl-ölçü işlərinin aparılması məqsədilə həmin kəndin ərazisində olmuşdur. Çöl-ölçü işlərinin aparılması zamanı sözügedən ərazidə torpaq sahəsindən naturada istifadə edən qonşu mülkiyyətçi mütəxəssislərə ölçü işlərinin aparılmasına icazə vermədiyindən və mübahisə olduğundan mütəxəssislər tərəfindən çöl-ölçü işlərinin aparılması mümkün olmamışdır». Həmin vaxt mütəxəssislərə əsassız şəkildə mane olan şəxslər məhz hazırkı iş üzrə cavabdeh olan şəxslərdir. Onlar heç bir əsas olmadan onun (iddiaçının) mülkiyyətindən istifadə etməyinə mane olurlar. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək, JN-159 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun (iddiaçının) və aizə üzvlərinin xüsusi mülkiyyətində olan və Yevlax rayonunun Rüstəmli kəndində yerləşən 6.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində üçüncü şəxs Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair qətnaə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmənin hazırlıq iclasında iddianın etirafına dair yazılı izahat verərək, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Cavabdeh1n 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Cavabdeh1n 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-159 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 24 saylı qərarı ilə X4, İddiaçı, X2, X1 və X5 mülkiyyətində Yevlax rayonunun Rüstəmli kəndinin ərazisindən 6.08 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Cavabdeh1n 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisi X10 29 aprel 2025-ci il tarixdə Yevlax rayonu Rüstəmli kəndi ərazisində JN-159 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.08 ha torpaq sahəsinə naturada baxışın keçirilməsi və çöl-ölçü işlərinin aparılması məqsədilə həmin kəndin ərazisində olmuş, çöl-ölçü işlərinin aparılması zamanı sözügedən ərazidə torpaq sahəsindən naturada istifadə edən qonşu mülkiyyətçi mütəxəssislərə ölçü işlərinin aparılmasına icazə vermədiyindən və mübahisə olduğundan mütəxəssislər tərəfindən çöl-ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X6 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. JN-159 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonunun Rüstəmli kəndində yerləşən 6.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində üçüncü şəxs Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1723/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1723/2025
14.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver