Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1729/2025 01.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “maneələrin aradan qaldırılması” tələbinə dair işə 01 oktyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş 13 dekabr 2017-ci il tarixli ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən onun, yəni İddiaçı xüsusi mülkiyyətində olan və Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 avqust 1962-ci ildə Bərdə rayonu Leninabad kəndində anadan olmuşdur. Hazırda isə ünvan 1 ünvanında yaşayır, Azərbaycan Respublikası Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 №-li qərarı ilə Havarlı kəndinin içərisində olan həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq ona satılması qərara alınmışdır (təsdiq edilmiş surəti ərizəyə əlavə edilir). Yevlax Rayon Havarlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 17 mart 2005-ci il tarixli «Torpaqların alqı-satqısına dair» akta əsasən, Havarlı Bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsi ona satılmışdır (təsdiq olunmuş surəti ərizəyə əlavə edilir). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, ona satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi Havarlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir (təsdiq olunmuş surəti ərizəyə əlavə edilir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş 13 dekabr 2007-ci il tarixli ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»dan görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Göründüyü kimi, Yevlax rayonu Havarlı Bələdiyyəsinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsi ona məxsusdur, onun mülkiyyətindədir. O həmin torpaq sahəsini alan zaman məqsədi orada ev tikmək olmuşdur. Lakin maddi imkanı olmadığı üçün həmin evi tikə bilməmişdir. Özü Mingəçevir şəhərində yaşadığı üçün həmin həyətə tez-tez gələ bilmir. Amma 2-3 aydan bir gələrək həyətə baxış keçirmişdir. Sonuncu dəfə həyətə gələn zaman qəribə bir mənzərə ilə qarşılaşmışdır. Belə ki, həyətdə böyük bir evin tikildiyinin şahidi olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin evi ona məxsus həyətdə hazırkı cavabdehlər, ata-bala olan Şahin və Cavabdeh1lar tikmişlər. Göründüyü kimi, cavabdehlər faktiki olaraq onun mülkiyyətinə müdaxilə etmiş və onu öz mülkiyyətindən məhrum etmişlər. Bununla bağlı çoxşaxəli məhkəmə prosesləri keçirilmiş və bütün məhkəmələr onun xeyrimə qərar vermişdir. Hazırda həmin torpaq sahəsinin yenidən sənədləşməsi ilə bağlı ölçmə işlərinin aparılması zəruridir. Lakin müraciətinizə cavab olaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 12 may 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, «daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Belə ki, 12 may 2025-ci il tarixdə İdarənin mühəndisi sözügedən ərazidə olmuş, mübahisənin mövcudluğu səbəbindən ərizənin icrası mümkün olmamışdır. Həmin vaxtı mütəxəssislərə əsassız şəkildə mane olan şəxslər məhz hazırki iş üzrə cavabdeh olan şəxslərdir. Onlar heç bir əsas olmadan onun mülkiyyətindən istifadə etməyə mane olurlar. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin təqdim etdiyi sxemdə ona məxsus olan həmin yer yol üzərinə düşdüyü qeyd edilmişdir. Məhz həmin yeri müəyyən etmək üçün mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmalıdır. Cavabdehlərin istifədəsində olan torpaq sahəsinin bələdiyyə tərəfindən onlara verilməsinə əsas olmuş qərar Şəki İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Hazırda torpaq sahəsinin kimə məxsus olması məlum deyildir. Cavabdeh1 iddia tələbinə etiraz edərək izah etdi ki, sözügedən torpaq və ev ona məxsusdur. Bu səbəbdən də mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına etiraz edir. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin torpaq sahəsi onun olduğuna əmindir, sadəcə ölçü aparılmasına razı deyil. Cavabdeh1 vəkili X2 iddia tələbinə etiraz etdi və göstərdi ki, cavabdehin mənzil toxunulmazlığı hüququ vardır. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ******* №li, xx.xx.2007ci il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan aydın olur ki, Havarlı kəndinin içərisində olan həyatyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin mülkiyyət hüququ Yevlax rayonu, Havarlı kənd sakini İddiaçı aiddir. Çıxarış Daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 12 may 2025-ci il tarixli 3-21-3-35/2-1657/2025 saylı bildirişinin surətindən məlum olur ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən torpaq sahəsinin plan və ölçü sənədində düzəliş edilməsi barədə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən daşınmaz əmkak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparlmasına şərait yaradılmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Ərazi İdarəsinin mühəndisi sözügedən ərazidə olmuş, mübahisənin mövcudluğu səbəbindən ərizən icrası mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1/2024 saylı qərarından məlum olur ki, üçüncü şəxs Cavabdeh1 0.08 ha torpaq sahəsinin satılmasına dair cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 253 saylı qərarı ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-129/2024 saylı qərarından məlum olur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin ediləməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Yevlax rayonunun Havarlı kəndində yerləşən torpaq sahəsinin qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasını istəmişdir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonunun Nərimanabad kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh1 tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonunun Havarlı kəndində yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1729/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1729/2025
01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver