Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1826/2021 05.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “atalıq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qeyd etməklə məhkəməyə müraciət edərək, mərhum X4 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir(tələbin həcmi azaldılmışdır). Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə Yevlax rayonu Nərimanov kəndində anadan olmuşdur. X3, anası X16 olmuş, valideynləri 1959-cu ilin yanvar ayında faktiki ailə qurmaqla evlənmiş, rəsmi nikahları olmamışdır. X3 22.05.1987ci ildə, anası X16 20.08.2013-cü ildə vəfat etmişlər. Onun adına yazılmış doğum akt qeydinin ata qrafasında qeydiyyat aparılmamış, mərhum anası X5 soyadı səhvən Cabbarova kimi qeyd edilmiş və buna uyğun olaraq ona doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adının qeyd edilməməsi miras qalmış əmlaka vərəsəlik açılmasına maneəçilik törədir. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən X9 ərizəsində göstərilənlərə uyğun şəkildə izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və ərizəçinin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən X6 ünvanlanmış 10.08.2021-ci il tarixli məktubda qeyd edilir ki, atalığın müəyyən edilməsi haqqında aktın qeydiyyatı və bu barədə şəhadətnamə verilməsi yalnız uşağın valideyinlərinin şəxsən qeydiyyat şöbəsinə birgə ərizə ilə müraciət etməsindən sonra aparıla bilər; Yevlax rayonu Nemətabad kənd inzibati nümayəndəliyi tərəfindən verilmiş 28.03.2018-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1959-cu ildə Yevlax rayonu Nərimanov kəndində doğulmuşdur və bu barədə 1959-cu il yanvar ayının 5-ci günündə doğum haqqında akt qeydləri kitabında 2 nömrəli qeyd aparılmışdır; ata qrafasında qeyd aparılmayıb, anası- X11; Maraqlı şəxs tərəfindən 08 mart 2021-ci il tarixdə verilmiş 644 №li ölüm haqqında şəhadətnamədən görünür ki, Vəliyeva Hamayıl Əziz qızı 20 avqust 2013-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən 10 avqust 2021-ci il tarixdə verilmiş 1608 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 22 may 1987-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X3, anası isə X12r. Valideynləri barədə məlumat onun doğum haqqında şəhadətnaməsində qeyd edilsə də, qardaşının doğum haqqında şəhadətnaməsində atasının adı göstərilməmişdir. Atası anası ilə ikinci dəfə qeyri-rəsmi nikaha girərək ailə qurmuşdur. Bu nikahdan qardaçı və o, anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X13 və X14 ifadələrində ərizəçinin dayısı oğlu və həmkəndlisi olduqlarını bildirərək, mərhum X4 ərizəçinin atası olduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, mərhum X2(Cabbarova) Hamayıl Əziz qızı ilə rəsmi nikahları olmadan ər-arvad münasibətlərində olmuşlar. Birgə yaşadıqları müddət ərzində onların xx.xx.1959-cu il təvəllüdlü Vidadi adlı uşaqları(hazırkı iş üzrə ərizəçi) doğulmuşdur. Azərbyacan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş ərizəçinin izahatına, şahid ifadələrinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi atasının mərhum X15 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Yevlax rayonu Nərimanov kəndində anadan olmuş Ərizəçi Yusib (Yusub) oğlunun atasının 22.05.1987-ci il tarixdə vəfat etmiş X15 olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1826/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1826/2021
05.11.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver