Məhkəmə qərarları › İş №2(039)-1828/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1828/2021

09.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1828/2021 09.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənəddə getmiş səhvin düzəldilməsi faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 17 saylı ərazi İdarəsini qeyd etməklə Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 27 dekabr 2002-ci il tarixli JN-089KOD 90106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadının Bayramov yazılması səhv qeyd hesab edilməsi, həmin səhvlər düzəldilərək soyadının Orucov müəyyən edilərək yazılmasına dair qətnamə çıxarımasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, xx xxxxx 1963-cü ildə Yevlax rayonu, Qaraməmmədli kəndində doğulmuşdur. Soyadı Orucov, adı İlyas və ata adı Bayram olmuşdur. Lakin 27 dekabr 2002-ci il tarixli, JN-089A KOD 90106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı Bayramov yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. Bu barədə DƏDRX 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Soyadı Orucov, adı İlyas, atasının adı Bayram olması ona məxsus olan A3 ******* №-li, 26 aprel 1965-ci il tarixli doğum haqqında şəhadətnamə və AZE******** №-li, 05 dekabr 2013-cü il tarixli şəxsiyyət vəsiqəsi də təsdiq edə bilər. Sonradan Ərizəçi ərizəyə düzəliş edərək sənədin ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iclas zamanı ərizəninin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, torpağa dair mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə DƏDRX 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Şahid Nadırova (Orucova) Tərgül Əjdər qızı bildirmişdir ki, Ərizəçi onun əri olmuşdur. Birgə nikahdan 2 övladları var, X9 və X7. Aralarında olan nikah 2014-cü il tarixdə pozulmuş, bu səbəbdən nikaha daxil olanadək olan soyadını, Nadirova soyadını daşıyır. Birgə nikah dövründə onların ailə üzvlərinə Aqrar İslahat Komissiyasının qərarı ilə Yevlax rayonu, Rüstəmli kəndində 0,18 ha torpaq sahəsi mülkiyyətlərinə ayrılmışdır və buna dair JN-089A KOD 90106028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan müəyyən edilmişdir ki, həmin zaman əri olan Ərizəçi şəhadətnamədə soyadı səhv olaraq Bayramov kimi qeyd edilmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun atasıdır. Atalarının soyadı Orucov olsa da, o, və qardaşı Sadiqə babalarının adına uyğun olaraq Bayramov soyadı verilmişdir. Yevlax rayonu, Rüstəmli kəndində onların ailəsinə 0,18 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bunun təsdiqi olaraq şəhadətnamə verilmişdir. Sonra məlum olmuşdur ki, şəhadətnamədə atasının soyadı Orucov deyil, səhvən onların soyadına uyğun olaraq Bayramov yazılmışdır. DƏDRX 17 saylı Ərazi İdarəsinin 03 avqust 2021-ci il tarixli **********65 nömrəli məktubunda qeyd olunur ki, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0.18 həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-089A nömrəli “Torpağın torpağın mülkiyyət hüququna dair şəhadətnamə də mülkiyyətçiləri ad və soyadlarında düzəlişin edilməsinə köməklik edilməsi ilə bağlı ərizə ilə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-089A nömrəli torpağın torpağın mülkiyyət hüququna dair şəhadətnamədə hər hansı bir düzəlişin edilməsi, yəni “Bayramov” soyadının “Orucov” soyadı kimi düzəliş edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpağın mülkiyyətə verilməsinə dair JN-089A nömrəli şəhadətnamədən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il tarixli 24 nömrəli qərarı ilə, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0,18 ha torpaq sahəsi X5, X6, X3 və X4 mülkiyyət hüququ əsasında verilmişdir. Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1963-cü il tarixdə Yevlax rayonu, Qaraməmmədli kəndində doğulmuş, atası X11, anası X12 olmuşdur. Şəhadətnamə 26 aprel 1965-ci il tarixdə verilmişdir. AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1963-cü il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində doğulmuşdur. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 07 avqust 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X10 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Nadirova soyadı verilmişdir. (07.08.2014-cü il 105№-li qeyd) Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi və onun ailə üzvlərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 15 oktyabr 1997-ci il tarixli 24 nömrəli qərarı ilə, Yevlax rayonu Rüstəmli kəndində yerləşən 0,18 ha torpaq sahəsi ayrılsa da, bu barədə onlara JN-089A KOD 90106028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən şəhadətnamədə texniki səhv olaraq Ərizəçi soyadı “Bayramov” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə JN- 089A KOD 90106028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəhadətnamədə qeyd edilən digər şəxslərlə yanaşı Ərizəçi da məxsus olması təsdiq olunur, bu, ərizəçiyə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün lazımdır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 0,18 ha torpaq sahəsinə aid JN-089A KOD 90106028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X2 qeyd edilən hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar