Məhkəmə qərarları › İş №2(039)-1830/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1830/2021

21.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1830/2021 21.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsgəndər qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “cavabdehə məxsus əşyalarının çıxarılması” iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan cehiz əşyalarının- 1 ədəd yataq dəsti, 4 ədəd qazan dəsti, 2 ədəd padnos, 1 ədəd çörək qabı, 1 ədəd qaşıq qoyulan, 2 ədəd plastmas ləyən, 2 ədəd çaynik, 2 ədəd çaydan, 4 ədəd tuj qazan, 1 ədəd alimenium böyük qazan, 1 ədəd nikkelni qazan, 1 ədəd aş süzən, 18 ədəd qaşıq, çəngəl, çay qaşığı dəsti, 1ədəd xirda bıçaq, 6 ədəd böyük bıçaq, 6 ədəd meyvə bıçağı, 1 ədəd xəmir kəsən, 1 ədəd alimenium vedrə, 1ədəd xəkəndaz, 6 ədəd göy çaşka, 2 ədəd göy meyvə qabı, 2 ədəd mürəbbə qabı, 6 ədəd armudu stəkan, 1 ədəd duxovka, 6 ədəd sadə stəkan, 6 ədəd balaca çaşka, 18 ədəd başı zərli böyük, orta və kiçik bakallar, 1 ədəd su qrafinkası və 6 ədəd balası, 2 ədəd xrustaldan ibarət konfet qabı, 3 ədəd xrustaldan ibarət meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd lotka formalı konfet qabı, 6 ədəd böyük rumka, 6 ədəd kiçik rumka, 2 ədəd rumka, 2 dəst çaynı servis, 1 dəst obedni servis, 1 dəst kofeyni servis, 1 dəst boşqab dəsti, 1ədəd gül qabı, 1 ədəd paltar yuyan maşın, 3 ədəd sadə ədyal, 1 ədəd qış ədyalı, 1 ədəd qırmızı ədyal, 3 ədəd döşək, 4 ədəd yorğan, 8 ədəd yastıq, 1 ədəd böyük yastıq, 2 ədəd böyük döşəkcə, 1 ədəd yataq dəsti, 1 ədəd kuxna mebeli, 1 ədəd qonaq dəsti, 3 ədəd xalça, 1 ədəd künc divanı və 1 ədəd jurnalnı Yevlax şəhər Q.B.Zakir küçəsi 43 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirinin RX seriyalı, ******* nömrəli çıxarışla Yevlax şəhər Q.B.Zakir küçəsi 43 saylı fərdi yaşayış evinin və onun altında olan 0,0375 kv.m torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh onun oğlunun arvadıdır. Cavabdeh özünə məxsus olan əmlakı onun evində əsassız olaraq saxlamaqdadır. Həmin əşyların evindən çıxarılmasını istəyir. Cavabdeh hal-hazırda onun evində yaşamir. Artıq üç aydır ki, başqa yerdə yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 hazırda iddiaçıya məxsus evdə yaşamasa da, 2019-cu ildə nikaha daxil olaraq iddiaçının oğlu Elnur ilə ailə qurduğunu, iddiaçıya məxsus evə gəlin köçdüyünü, hazırda ailə münasibətlərinin davam etdiyini, cehiz əşyalarını qoymağa başqa yeri olmadığını əsas gətirərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, Yevlax şəhər Q.B.Zakir küçəsi 43 saylı fərdi yaşayış evi 07.08.2013-cü tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax şəhər Q.B.Zakir küçəsində yerləşən 43 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu Elnur Sədiyev 2019-cu ildə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, həmin ildə cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və bir müddət həmin evdə yaşamışdır. Qeyd olunanları müəyyən edən məhkəmə hesab edir ki, iddiaçı, onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədən cavabdehə məxsus əşyaların mübahisəli evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, müzakirə edilən mübahisənin həlli ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 məxsus cehiz əşyalarından ibarət olan 1 ədəd yataq dəsti, 4 ədəd qazan dəsti, 2 ədəd padnos, 1 ədəd çörək qabı, 1 ədəd qaşıq qoyulan, 2 ədəd plastmas ləyən, 2 ədəd çaynik, 2 ədəd çaydan, 4 ədəd tuj qazan, 1 ədəd alimenium böyük qazan, 1 ədəd nikkelni qazan, 1 ədəd aş süzən, 18 ədəd qaşıq, çəngəl, çay qaşığı dəsti, 1ədəd xirda bıçaq, 6 ədəd böyük bıçaq, 6 ədəd meyvə bıçağı, 1 ədəd xəmir kəsən, 1 ədəd alimenium vedrə, 1ədəd xəkəndaz, 6 ədəd göy çaşka, 2 ədəd göy meyvə qabı, 2 ədəd mürəbbə qabı, 6 ədəd armudu stəkan, 1 ədəd duxovka, 6 ədəd sadə stəkan, 6 ədəd balaca çaşka, 18 ədəd başı zərli böyük, orta və kiçik bakallar, 1 ədəd su qrafinkası və 6 ədəd balası, 2 ədəd xrustaldan ibarət konfet qabı, 3 ədəd xrustaldan ibarət meyvə qabı, 2 ədəd konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd lotka formalı konfet qabı, 6 ədəd böyük rumka, 6 ədəd kiçik rumka, 2 ədəd rumka, 2 dəst çaynı servis, 1 dəst obedni servis, 1 dəst kofeyni servis, 1 dəst boşqab dəsti, 1ədəd gül qabı, 1 ədəd paltar yuyan maşın, 3 ədəd sadə ədyal, 1 ədəd qış ədyalı, 1 ədəd qırmızı ədyal, 3 ədəd döşək, 4 ədəd yorğan, 8 ədəd yastıq, 1 ədəd böyük yastıq, 2 ədəd böyük döşəkcə, 1 ədəd yataq dəsti, 1 ədəd kuxna mebeli, 1 ədəd qonaq dəsti, 3 ədəd xalça, 1 ədəd künc divanı və 1 ədəd jurnalnı Yevlax şəhəri Q.B.Zakir küçəsi 43 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar