Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1844/2021 14.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanından əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Cavabdehlər X4 və X2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərə məxsus olan ünvan 1 ünvanından istifadə hüququnun tanınması və azyaşlı üç uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş məhkəmənin hakimi Günay Cavadovanın icraatındadır və mülki işin baxılması 20 oktyabr 2010-cu il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Yeganə Ağayeva işlərin bir icraatda birləşdirməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya etiraz təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, hazırkı iş üzrə cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun müəyyən olunmasının hazırkı mübahisənin həllinə bilavasitə təsir edəcəyini nəzərə alaraq belə qənaətə gəlir ki, ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsi məqsədi ilə hər iki iş bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 169.3, 263, 264 və 400-cü maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbinə dair 2(039)-1844/2021 nömrəli mülki iş, hakim X1 icraatında olan iddiaçı Cavabdehlər X4 və X2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair 2(039)-1588/2021 nömrəli mülki işə bir icraatda birləşdirilsin. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1844/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1844/2021
14.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver