Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1895/2021 13.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun qanunsuz hərəkətləri nəticəsində ona vurduğu maddi ziyana görə 570 manatın, eyni zamanda mənəvi zərərə görə 500 manatın və iddia tələbi ilə əlaqədar dövlət rüsumu kimi banka ödədiyi 30.40 manat pulun, cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehdən maddi ziyana görə 570 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 09 aprel 2021-ci il tarixdə əvvəllər tanıdığı Samirə adlı qadını müştəri kimi Yevlax rayonu, Tanrıqulular kəndinə aparmışdır. Samirə orada tanımadığı şəxslərlə mübahisə etdi. Bundan sonra Samirə və yanında başqa bir qadın olmaqla azyaşlı uşaqlarla avtomobilə əyləşdilər. Onlar hərəkətə başladıqdan sonra "VAZ 2011" markalı avtomobil ilə onun avtomobili təqib edərək yolda bir neçə dəfə idarə etdiyi avtomobili arxadan və yandan vurmuşdur. Artıq Mingəçevir şəhəri, ala qapı adlanan əraziyə çatdıqdan sonra o DİN-nin 102 xidmətinə zəng edərək vəziyyətlə bağlı şikayət etdi. Cavabdeh şikayət etdiyini bilib təqibi dayandıraraq geri qayıtdı. DİN-nin 102 xidmətinə zəng etdiyi üçün Mingəçevir şəhərində YPX əməkdaşları onları qarşılayıb aidiyyət Yevlax şəhəri (rayonu) olduğu üçün Yevlax RPŞ-yə getməyini tövsiyə etdilər. Ona görə də, məcburiyyət qarşısında qalaraq o avtomobildəkilərlə birlikdə Yevlax rayon Polis şöbəsinə gəldi. Orada faktiki vəziyyət rəsmiləşdirildikdən sonra cavabdeh Yevlax RPŞ-nə dəvət olundu. Lakin dəfələrlə dəvət olunmağına baxmayaq o, Yevlax RPŞ-nə gəlməkdən boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən məcburi qaydada Yevlax RPŞ-nə gətirilərək Cavabdeh qanunsuz hərəkətləri barəsində tədbir görülməsi üçün izahatı alındı. Hazırkı Cavabdeh törətmiş olduğu inzibati xətaya 18 may 2021-ci il tarixdə Yevlax Rayon Məhkəməsində baxılaraq o, Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın (onun əmlakına vurduğu ziyanın) bir misli miqdarında yəni 570 (beş yüz yetmiş) manat məbləğində cərimə edildi. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyanın ona ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh ona vurduğu maddi ziyanı ödəmək istəmir. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 3(039)-417/2021 saylı qərarının surətindən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında, yəni 570 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin 19 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadan məlum olur ki, İddiaçı məxsus VAZ 2104 markalı ** DZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 570 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə iş materiallarından məlum olur ki, cavabdeh iddiaçıya məxsus avtomobilə ziyan vurmuşdur. İddiaçı Yevlax RPŞ-nə şikayət etmiş və şikayət əsasında araşdırma aparılmışdır. Cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 3(039)-417/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir misli miqdarında, yəni 570 manat məbləğində cərimə edilmişdir. Lakin iddiaçıya dəymiş 570 manat ziyan ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 570 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 570 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1895/2021
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1895/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver