Məhkəmə qərarları › İş №2(039)-19/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-19/2020

19.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-19/2020 19.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Əlı̇yev Kamı̇l Mı̇rzə oğlunun cavabdehlər Həşı̇mov Kamı̇l Haciağa oğluna, X2, X3, X4 və X1 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Kamı̇l Əlı̇yev cavabdehlər Kamı̇l Həşı̇mova, Şahin Həşimova, Neymət Talıbova, Firdovsi Rzayevə və Fiday Həşimova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən ona məxsus olan 0,6659 ha torpaq sahəsində yerləşən torpaq sahəsinin zəbti nəticəsində ona vurmuş olduqları maddi ziyana görə hər birindən 16,800 manat maddi ziyanın ödənilməsi, həmçinin cavabdehlərin ona vurmuş olduqalrı mənəvi zərər nəticəsində hər birindən 10,000 manat mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş AZ-İ 985366 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən olunur ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Mülki Prosessual Məcəllə: Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsəiş üzrə icraata xitam verir. İddiaçının oğlu Xəyyam Əliyev qanun üzrə vərəsəlik haqqında şəhadətnamə təqdim etsə də, mübahisə predmeti olan torpaq sahəsi onun və digər qanun üzrə vərəsənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı öldüyündən iş üzrə icraata xitam verilməlidir. İddiaçının qanun üzrə vərəsələrinə izah edilməlidir ki, mübahisə predmeti olan daşınmaz əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yenidən məhkəməyə hazırkı iddia ilə müraciət etmək hüquqları var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Əlı̇yev Kamı̇l Mı̇rzə oğlunun cavabdehlər Həşı̇mov Kamı̇l Haciağa oğluna, X2, X3, X4 və X1 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar