Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1915/2025 28.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair işə 28 noyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yevlax rayonu, Hüruuşağı kəndi ərazisində yerləşən ümumi paylı mülkiyyətdəki əmlak paylarının Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən çıxarışa müvafiq surətdə, yəni iddiaçı və cavabdehə məxsus 1\2 hissədə naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********37-10301 olan Çıxarışa əsasən Yevlax rayonu, Hüruuşağı kəndi ərazisində yerləşən 00967 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş 45.2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə və s. yarımçıq tikililərə ikidə bir hissədə İddiaçı və ikidə bir hissədə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdehlə aralarında ciddi problemlər vardır. Ona görə də mülkiyyətçi kimi hüquqlarından sərbəst və maneəsiz surətdə istifadə edə bilmir. Qeyd edilən daşınmaz əmlakların ümumi paylı mülkiyyətdə olmasına baxmayaraq, həmin əmlak paylarından faktiki surətdə yalnız cavabdeh tam şəkildə istifadə edir. Onun həmin əmlaklar üzərində sahiblik, istifadə və sərəncam hüquqları kobud surətdə pozulur. Həmin əmlakların ayrılması, bölünməsi və müvafiq qaydada dəyərinin ödənilməsi barədə aralarında razılaşma əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, mütəxəssis rəyi ilə tanış olmuşdur. Evin bölünməsi mümkün olmasa da razılıq əsasında torpağın bölünməsini istəyirlər. Cavabdeh məhkəmə iclasında izah edərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, fərdi yaşayış evi balacadır və bölünməsi mümkün deyil. Torpağa münasibətdə isə bölünməsinə razıdır və buna dair müvafiq ərizəsini təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax rayonu, Hüruuşağı kəndi, Mirvarid Dilbazi küçəsi, giriş 13-də yerləşən 0.0967 ha torpaq sahəsində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə payı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2016-cı il tarixdə Qeydiyyata alınmış "xxxx" MMCnin mütəxəssis rəyində qeyd olunmuşdur ki, Cavabdeh məxsus Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş 45.2 kv.m daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evinin bazar qiyməti 22000 (iyirmi iki min) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 3-21-3-35/2-4468/2025 nömrəli 06 noyabr 2025-ci il tarixli rəyi və ona əlavə edilmiş bölgü planından məlum olur ki, Yevlax rayonu, Hüruuşağı kəndi ərazisində yerləşən 0.0967 ha həyətyanı torpaq sahəsi mülkiyyətçilərin payları bərabər nəzərə alınmaqla onların arasında naturada bölünməsi mülkiyyətçilərin paylarına münasibətdə tərəflərin razılığı əsasında mümkündür. Torpaq sahəsi üzərində inşa edilmiş 45.2 kv.m ümumi paylı mülkiyyətdə olan əmlak paylarının naturada bölünməsi mümkün deyildir. Həyətyanı torpaq sahəsinin bölgü sxemi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmadan (ayrı-ayrılıqda 0.0447 ha torpaq sahəsi) tərtib edilmiş, gələcəkdə torpaq sahəsinə dair ayrı-ayrılıqda sənəd verilməsi bir tərəfin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin digərinin xeyrinə imtina etdiyi təqdirdə mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Yevlax Rayon Məhkəməsinə 100.00 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, Yevlax rayonu, Hüruuşağı kəndində yerləşən 0.0967 ha torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş 45.2 kv.m fərdi yaşayış evində tərəflərin payı vardır. İddiaçı həmin əmlakda onların payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mütəxəssis rəyinə əsasən həmin əmlakdan torpağa münasibtə tərəflərin payının naturada ayrılması mümkün olsa da, torpaq üzərində inşa edilmiş 45.2 kv.m ümumi paylı mülkiyyətdə olan əmlak paylarının naturada bölünməsi mümkün deyildir. Cavabdeh iddianı torpağa münasibətdə razılıq əsasında payların bölünməsini qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Yevlax rayonu, Hüruuşağı kəndində tərəflərə məxsus 0.0967 ha torpaq sahəsindən tərəflərin payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə bölünməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Ali Məhkəmənin Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” qərardadının 62-ci bəndindən görünür ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Həmin qərardadın 63-cü bəndindən görünür ki, birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Yevlax rayonu, Hüruuşağı kəndində tərəflərə məxsus 0.0967 ha torpaq sahəsindən İddiaçı və Cavabdeh payı mütəxəssis tərəfindən tərtib edilmiş bölgü sxemi üzrə bölünsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1915/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1915/2025
28.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver