Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1930/2020 19.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra mətndə Sığorta Şirkəti) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında Sığorta Şirkətinin xeyrinə 1200 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə idarə etdiyi "DAF 95430” markalı, Y503PN34 dövlət qeydiyyat nişanlı maşınla Ələt-Astara yolunun 179.7-ci km-də əks istiqamətli hərəkət zolağına çıxmaqla manevrin təhlükəsizliyini təmin etməyərək qarşıda dayanmış X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “DAF 95430” markalı, Y503PN34 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “DAF 95430” markalı, Y503PN34 dövlət qeydiyyat nişanlı avtomobilin cbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin YPXA-nın MYP 564206 nömrəli X6 Protokolunda öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Elantra" markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat ziyan dəymişdir. MİP-130855-B36 saylı sığorta müqaviləsinin 018267 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 manat çıxmaqla 1200 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı Sığorta Şirkətinin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 göndərilmiş məhkəmə bildirişi “evdə yoxdur” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi Cavabdeh1 çatdırılması üçün 2 saylı Mənzil İstismar Sahəsinə göndərilmişdir. Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar sahəsinin məhkəməyə ünvanladığı məktubunda cavabdehin qeyd olunan ünvanda yaşamadığı və hansı ünvanda yaşaması barədə məlumatının olmaması bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AB seriyalı 983382 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi X4r. İş materiallarında olan “avtonəqliyyat vasitələrinin sığorta” şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalı X5 tərəfindən xx.xx.2013-cü ildən xx.xx.2016-cı il tarixədək İddiaçı Sığorta Şirkətində sığortalanmışdır. ** OC ***302 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “DAF 95430” markalı, Y503PN34 qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1dur. xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 “DAF 95430” markalı, Y503PN34 qeydiyyat nişanlı avtomobilin istifadəsini Cavabdeh2 etibar etmişdir. Baş Dövlət X9 MYP seriyalı 564206 saylı, xx.xx.2015-ci il tarixli protokolundan görünür ki, Cavabdeh2 “Yol hərəkəti haqqnda” Qanunun 151.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. 018267 saylı sığorta aktından görünür ki, “Hyundai Elantra” minik markalı, ** FS *** dövlət nömrə nişanlı avtomobilin texniki ekspertizası nəticəsində avtomobilin sahibinə 1500 manat məbləğində ziyan dəyib. Zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 300 manat çıxılmaqla, sığorta ödənişi 1200 manat müəyyən edilmiş və X3 xx.xx.2015-ci il tarixdə 1200 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə razılaşmayaraq qeyd edir ki, yolnəqliyyat hadisəsi Cavabdeh2 təqsiri üzündən baş verdiyindən, yəni iddiaçıya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (delikt) şəxsən Cavabdeh2 tərəfindən törədildiyindən və hadisə baş verən vaxt o, avtomobilə qanuni əsaslarla sahiblik etdiyindən ziyanın əvəzi də məhz onun tərəfindən ödənilməlidir. Göründüyü kimi, sığortalıya vurulmuş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 1200 manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1200 manat məbləğində pul cavabdeh X1 iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Cavabdeh2 tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddiası qismən təmin edilsin. Cavabdeh2 1200 (bir min iki yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1930/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1930/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver