Məhkəmə qərarları › İş №2(039)-1973/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1973/2020

21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1973/2020 21.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər biri 10 qram olmaqla, cəmi 20 qram 583 əyarlı 2 ədəd üzüyün; 7 qram 583 əyarlı, 1 ədəd qaşlı üzüyün; 10 qram 583 əyarlı, 1 dəst banan formalı sırğa-üzüyün; 18 qram 583 əyarlı, 1 ədəd qədimi saatlı üzüyün; hər biri 7 qram 583 əyarlı biri qaşlı olmaqla 3 ədəd kişi üzüyünün; 27 qram 583 əyarlı 1 ədəd brilyant qaşlı saatın; 17 qram 583 əyarlı 1 ədəd sepin; 8 qram 583 əyarlı 1 ədəd sepin və 7 qram 583 əyarlı 1 ədəd sırğanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, Yevlax şəhər sakini Cavabdeh sələmçi kimi tanımışdır. Müxtəlif vaxtlarda o Cavabdeh faizlə pul götürüb qaytarmışdır. 2011-ci ildə ehtiyacı olduğu üçün özünə məxsus olan 9 adda olan qızıl zinət əşyalarını Cavabdeh girov qoyaraq 3500 manat məbləğində 12 faiz sələm götürmüşdür. Hər ay cavabdehə 400 manat pul ödəmiş, lakin son 2 ildə faiz pulu verə bilməmişdir. Sonradan ehtiyacı olduğuna görə qızılların bir hissəsinin qaytarılmasını tələb etdikdə yaşadığı evin sənədini girov qoymağını tələb etmişdir. O evinin sənədini girov qoyduqdan sonra qızılları qaytarmadığı üçün məcburiyyət qarşısında qalıb Cavabdeh 18000 manat borcu olmasına dair qəbz yazıb verərək evin sənədini ondan almışdır. Həmin qəbzin əsasında Yevlax Rayon Məhkəməsi tərəfindən ondan 18000 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi barədə qətnamə çıxarılmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh girov qoyduğu qızıl-zinət əşyalarını ona qaytarmır. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək izah etdi ki, cavabdeh sələmçi deyil. İddiaçı bir neçə il ərzində cavabdehdən cəmi 18000 manat borc almış və 2019-cu ildə bu barədə cavabdehə yazılı qəbz də vermişdir. İddiaçı borcunu qaytarmadığı üçün Cavabdeh məhkəməyə mürciət etmiş və məhkəmədə iddiası əsaslı olduğundan təmin edilmişdir. Hazırda İddiaçı cavabdehə olan borcunu qaytarmaqdan yayınmaq üçün qızıl tələbi ilə məhkəməyə müraciət etmişdir. Borc alan zaman iddiaçı cavabdehə qızıl versəydi qəbzdə borcun olmasına dair qəbzdə əks olunardı. İddiaçı ali təhsillidir və müəllimə işləyir. Yəni qəbzi nə üçün yazdığını və orada qızıl məsələsi olsaydı qəbzdə qeyd edilməli olduğu öz əksini tapardı. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 311 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2B, mənzil 56-da yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxx 2014-cü il tarixdə verilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1964-cü il tarixdə Goranboy rayonu, Zeyvə kəndində anadan olmaqla, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2, mənzil 56da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əlyazmadan məlum olur ki, əlyazmada 1 komplekt, 1 sep (nəzik), 8 üzük aldım qeyd edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh borc almış və bu barədə Cavabdeh yazılı qəbz vermişdir. İddiaçı borcunu qaytarmadığından Cavabdeh məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməi ilə İddiaçı 18000 manat tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı borc alan zaman girov olaraq Cavabdeh qızılzinət əşyalarını verdiyini iddia edərək, qızıl-zinət əşyalarının cavabdehdən alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyalarının verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə əlyazma təqdim edərək, həmin əlyazmanı cavabdeh qızılları ondan alan zaman yazdığını bildirsə də, həmin əlyazmada ad, soyad, tarix və s. göstərilmədiyindən həmin əlyazma sübut kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar