Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1980/2021 11.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 5000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, ümumi qızıl çəkisi 50 qram olan qızıldan hazırlanmış mafioz sepin naturada özünün yaxutda dəyərinin; qiyməti 2500 manat olan, Rusiya istahsallı 583 əyyarlı, ümumi qızıl çəkisi 25 qram olan qızıldan hazırlanmış fantaziya sırğa-üzük dəstin naturada özünün yaxut da dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, cavabdeh onun qardaşıdır. Anasının yasını vermək üçün qardaşının pulu yox idi. Bu səbəbdən də, qardaşı onun qızıllarını istəmişdir. Qardaşının vəziyyətini başa düşüb öz qızıllarını vermişdir. Qızılları nə vaxt verdiyi yadında deyil. Son vaxtlara qədər qardaşının evində yaşadığından qızılları istəmirdi. Hazırda isə qızıllarını tələb etsə də, Rəhman qızılları qaytarmaqdan imtina edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izah etdi ki, tələb olunan qızıllar iddiaçıya məxsus olmayıb. Həmin qızıllar mərhum anasına məxsus olmuşdur. Ona kredit verilmədiyindən həmin qızılları anası banka girov qoymuşdur. Anası öləndən sonra həmin qızılları bacısı Kifayət bankdan götürüb satmışdır. Həmin qızılların ona aidiyyəti olmayıb və ona qızıl verilməmişdir. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, 2016-cı ildə qardaşı Rəhman işə düşmüş və ona pul lazım oldu. Bacısı Gülümnaz özünə məxsus qızıllarını Rəhmana vermişdir. Həmin vaxt o, Gülümnaz, Rəhman və Telman orada idi. Gülümnaz həmin vaxt Rəhmanın evində qalırdı. X5 evdən çıxartdı. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, 2015-ci ildə qayınanası özünə məxsus qızılları onun adına banka girov qoymuşdur. Qayınanası öldükdən sonra pul ödənilmirdi. Kifayət banıkn pulunu ödəyib qızılları götürdü. Eşitiyinə görə qızılları Kifayət satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, bacısı Gülümnaz ona demişdir ki, Rəhman işə düşdüyü üçün ona pul lazım olmuş və Gülümnaz özünə məxsus qızılları Rəhmana vermişdir. Qızıllar onun yanında verilməyibdir. Qızılların Rəhmana verilməsini ona bacısı Gülümnaz demişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 avqust 2021-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(039)-1276/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdeh İddiaçı və ona məxsus əşyalardan ibarət olan divan-kreslo dəsti, yatacaq üçün nəzərdə tutulmuş taxt, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd televizor, 1 ədəd termo, 1 ədəd şkaf, 2 ədəd döşək, 1 ədəd yorğan, 1 ədəd balınc, 1 ədəd çaydan, 1 ədəd çaynik, 4 ədəd stəkan, 6 ədəd nəlbəki, 1 ədəd boşqab, 3 ədəd qaşıq, 1 ədəd duz qabı, 1 ədəd yemək qabı, 1 ədəd tava, 2 ədəd bıçaq, 3 ədəd çəngəl, 1 ədəd divan üstü, 1 ədəd taxt üstü, 2 ədəd kreslo üstü, 1 ədəd yazı stolu, 1 ədəd gül qabı, 1 ədəd krosnu və aparatı, o cümlədən geyim əşyaları iddiaçının mülkiyyətində olan və Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 5/2 №-li evdən çıxarılması qət edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, tərəflər bacı-qardaşdılar. İddiaçı özünə məxsus qızıl-zinət əşyalarnı cavabdehə verdiyini bildirərək, qızıl-zinət əşyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin qızılları cavabdehə verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Dindirilmiş şahid ifadələrində də, qızılların verilməsi öz əksini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyalarının verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1980/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1980/2021
11.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver