Məhkəmə qərarları › İş №2(039)-20/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-20/2022

19.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-20/2022 19.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh X6 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı «aynanın hörülməsi, barının bərpası və qurğunun sökülməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı «aynanın hörülməsi, barının bərpası və qurğunun sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 öz mülkiyyətində olan torpaq sahəsindən inşa edilmiş yaşayış evinin aynasının hörülməsi, həmin evin damının üzərində inşa edilmiş qurğunun sökülməsi və yenidən quraşdırılması, barının cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izah etdi ki, cavabdeh onun qardaşıdır və onunla qonşuluqda yaşayır. Aralarında onun tərəfindən inşa edilmiş hasar vardır. Hümbət evinin damına quraşdırdığı su novçaları natamam olduğundan yağış suları axaraq həmin hasarı uçurmuşdur. Hazırda da yağış yağanda su onun həyətinə axır. Həmçinin cavabdehin evində onun həyəti istiqamətində baxan pəncərə vardır. Münasibətləri çox pisdir. Cavabdehin onun həyətinə baxmasını istəmir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, onun evinin pəncərəsinin Loğmana heç bir maneəsi yoxdur. Barını o uçurmamışdır. İddia əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-289A seriyalı, KOD 90102058 kodlu şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı, X2, X5 və X3 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0.06 hektar həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27 iyul 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X6 Yevlax rayonu, Gülövşə kəndində mülkiyyətində 0,12 hektar həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2022-ci il tarixli 10/125 saylı rəyindən məlum olur ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 mülkiyyətində olan fərdi yaşayış evinin, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən evin damına quraşdırılmış nov tikinti norma və qaydalarına uyğun quraşdırılmasına baxmayaraq, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 evinin cavabdehin həyətinə açılan pəncərənin bağlanması nəticəsində evin təbii işıqlanmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Yevlax rayonu, Gülövşə kəndində yerləşən X6 evinin cavabdehin həyətinə açılan pəncərənin bağlanıb, otağın başqa (küçə tərəfə baxan) tərəfdən açılmasının mümkün olduğu müəyyən edilir. Beləliklə məhkəmədə aydın oldu ki, tərəflər qonşudular. X8 inşa etdiyi yaşayış binasının arxa fasad hissəsindən qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsindən pəncərə açaraq istifadə edir. Açılan pəncərənin yerinin dəyişdirilməsi mümkündür. X1 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axılması üçün nov tikinti norma və qaydalarına uyğun olaraq inşa edilsə də, nova quraşdırılmış su borusunun iddiaçıya məxsus hasarın üzərində (bitişik şəkildə) quraşdırıldığı və bunun nəticəsində novdan axan suyun bir hissəsi iddiaçının həyətyanı torpaq sahəsinə axıdıldığı və çiy kərpicdən inşa olunmuş hasara ziyanın dəydiyi müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərə bağlanmalıdır. X6 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axılması üçün novuna quraşdırılmış su borusu bərpa edilməlidir. Tərəflərin həyətyanı torpaqları arasında çiy kərpicdən inşa olunmuş hasar cavabdeh X6 hesabına bərpa edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Cavabdeh X4 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Yevlax rayonu, Gülövşə kəndində yerləşən cavabdeh X6 mülkiyyətində olan fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş pəncərə bağlansın. X6 fərdi yaşayış evinin dam hissəsində inşa etdirdiyi yağış sularının axılması üçün novuna qiraşdırılmış su borusu bərpa edilsin. Tərəflərin həyətyanı torpaqları arasında çiy kərpicdən inşa olunmuş hasar cavabdeh X6 hesabına bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh X4 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamə alındığı vaxtdan 01 ay müddətinə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiyası Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar