Məhkəmə qərarları › İş №2(039)-2013/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2013/2025

22.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2013/2025 22.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X16 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “mülki hüquqlarının (Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı gözlənilən vərəsəlik hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması” tələbinə dair işə 22 sentyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülki hüquqlarının (Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı gözlənilən vərəsəlik hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Yevlax rayonunun Nərimanabad kəndində yerləşən yaşayış sahəsinə (həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair) üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X7 xx.xx.2005- ci il tarixdə vəfat etmişdir. X2 ailə tərkibi (qanun üzrə vərəsələri ) aşağıda göstərilən şəxslər X14 (həyat yoldaşı), İddiaçı Oktay oğlu ( oğlu-o), X11r (oğlu). X1 Yevlax rayonu Nərimanad kəndində daşınmaz əmlak-ümumi sahəsi 70.16 kv.m, yaşayış sahəsi 40.85 kv.m olan bir otaqlı mənzil miras qalmışdır. Həmin daşınmaz əmlaka dair anasının mülkiyyət hüququ X6 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 23 mart 1998- ci il tarixdə qeydə alınmış 01 nömrəli reyestr kitabının 143A nömrəli inventar işi olan Qeydiyyat Vəsiqəsinə əsasən tanınmışdır. X13 qeyd edilən daşınmaz əmlakı –yaşayış sahəsini 25 mart 1998- ci ildə X10 adlı şəxsdən satın almışdır. Lakin yanlışlıqla Qeydiyyat vəsiqəsində “Zöhrə“ əvəzinə “Zəhra” yazılmışdır. Alqı-satqı müqaviləsində isə adı düzgün olaraq “Zöhrə” yazılmışdır. O, anası X4 qanun üzrə birinci növbəli vərəsəsi olaraq xx.xx.2024- cü il tarixdə Yevlax rayon 1 saylı notariat ofisinə müraciət edərək xx.xx.2005- ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixli məktubla cavablandırılaraq bildirilımişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Yəni mirasın tərkibinə daxil olan əmlaka mülkiyyət hüququ təstiq edən sənəd olmadıqda, vərəsəlik şəhadətnaməsi verilə bilməz. Qanunvericiliyə uyğun olraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-1 – ci maddəsinin tələbinə uyğun olaraq mərhum X7 barəsində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ya Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışı sorğunu təqdim etmiş şəxs vasitəsilə Yevlax rayon 1 saylı notariat ofisinə göndərməyiniz xahiş olunmuşdur. O daha sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək mərhum anası X7 barəsində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ya Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilməsini xahiş etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixli bildirişlə (daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə) cavablandırılaraq bildirilmişdir ki, ünvan 1ində yerləşən daşınmaz əmlakın hüququnun mərhum X5 məxsus olması haqqında elektron arayış verilməsi barədə xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizənizin icrasına 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Məlumat olaraq bildirilmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Üçüncü şəxs - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndislərinin inventarlaşma işlərinin aparılmasına maneəçilik törədən şəxs – Cavabdehdır. Belə ki, Cavabdeh iddia ərizəmin predmetini təşkil edən ünvanda – yaşayış sahəsində yaşayır ( hansı hüquqlarla yaşaması məlum deyildir). Hal-hazırda onun mərhum anasından miras qalmış ünvan 1ində yerləşən yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququm (qanun üzrə birinci növbəli vərəsə olaraq)vardır. Lakin, buna baxmayaraq, cavabdehin yaratdığı məhdudiyyətlər səbəbindən həmin ünvana yaxınlaşa bilmir və üçüncü şəxs -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndislərinin inventarlaşma işlərinin aparılmasına da cavabdeh maneəçilik törədir. Eyni zamanda, bu maneələrə son qoyulması ilə bağlı tələblərini cavabdeh rədd edir. Buna görə də mən, qanun üzrə birinci növbəli vərəsə olaraq gözlənilən mülkiyyət hüququmun Dövlət reyestrində qeydiyyata alınmasına nail ola bilmir. Odur ki,Cavabdeh mübahisə ilə bağlı əməli mülki hüquq pozuntusudur – delikdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil iddia tələbində göstərilənləri bir daha göstərərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz etməyərək izah etdi ki, sözügedən torpaq və evi pul verərək almışdır. Buna baxmayaraq həmin yerdə ölçü aparılmasına etiraz etmir. Cavabdeh üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə ağır dərəcəli yanıq şoku ilə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 02 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3017/2024 saylı bildirişinin surətindən məlum olur ki, Yevlax rayonu, Nərimanabad kəndində yerləşən daşınmaz əmlakın hüququnun mərhum X5 məxsus olması haqqında elektron arayış verilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənin icrasına 17 saylı Yevlax Ərazi İdarəsinə baxılmışdır. Məlumat olaraq bildiririk ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X8 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, 1Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək mərhum anası X7 barəsində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ya Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilməsini istəyir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonunun Nərimanabad kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonunun Nərimanabad kəndində yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar