Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2025/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və X1, Cavabdeh iştirakları ilə, İddiaçı1, İddiaçı2, X2, İddiaçı4 və X1 Cavabdeh qarşı torpaq payının naturada ayrılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Güləbatın Əşrəfova Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax rayonu Yəldili kəndində yerləşən 5,1707 hektar pay torpaq sahəsindən 4,31 hektar torpaq paylarının naturada ayrılıb istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iclas zamanı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim etdiyindən, bu, cavabdehlərin hər hansı hüquq və vəzifələrinin pozulmasına əsas olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1 Allah verdi qızının, İddiaçı2, X2, İddiaçı4 və X1 Cavabdeh qarşı torpaq payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2025/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2025/2021
19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver