Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2043/2024 02.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh Yevlax Bölməsinə qarşı cavabdeh orqanın etmiş olduğu qanunsuz məhdudiyyətlərə son qoyulması və zəruri rəyin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh Yevlax Bölməsinə qarşı cavabdeh orqanın etmiş olduğu qanunsuz məhdudiyyətlərə son qoyulması və zəruri rəyin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 66 nömrəli sərəncamı ilə əvvəllər Tərtər rayonunun İstifadəsində olduğu üçün Bəyimsərov Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş hazırda Yevlax ryonunun inzibati ərazisində yerləşən və istifadəsində olan 0.10 ha torpaq sahəsində təqdim olunmuş layihə əsasında xidmət obyektinə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün cavabdeh orqanın texniki şərtin verilməsində yaratdığı məhdudiyyətlərə son qoyulmasına və zəruri rəyin verilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən də göründüyü kimi iddiaçı texniki şərtin verilməsi ilə əlaqədar cavabdeh orqan tərəfindən yaradılan maneələrə son qoyulmasını və zəruri rəyin verilməsinin təmin edilməsini tələb edir ki, bu da inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya iddiaya cavab verməli orqana qarşı hazırkı tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh Yevlax Bölməsinə qarşı cavabdeh orqanın etmiş olduğu qanunsuz məhdudiyyətlərə son qoyulması və zəruri rəyin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə iddiaya cavab verməli orqana qarşı hazırkı tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2043/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2043/2024
02.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver