Məhkəmə qərarları › İş №2(039)-21/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-21/2023

09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-21/2023 09.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və Cavabdeh5 qarşı payın naturada bölünməsinə dair ilk, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı payların naturada bölünməsi tələbinə dair qarşılıqlı iddialar üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən еtdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zöhrab Tağıyevə və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birini 1/8 hissədə olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının ayrılaraq mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Zöhrab Tağıyev və Cavabdeh5 qarşılıqlı iddia ərizəsi təqdim edərək ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evindən Cavabdeh1 payına düşən evinin 1/20 (5.02 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin, Cavabdeh2 payına düşən yaşayış evinin 1/20 (5.02 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin, Cavabdeh5 payına düşən yaşayış evinin 5/20 (25.1 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin, Cavabdeh3 payına düşən yaşayış evinin 5/20 (25.1 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin və Zöhrab Tağıyevin payına düşən yaşayış evinin 5/20 (25.1 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin üzərinə gələrək torpaq sahəsindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İlk iddia ərizəsi İddiaçı1 adından belə əsaslandırılmışdır ki, cavabdehlərdən Nurlan və Cavabdeh1 mərhum əri Sehrab Tağıyevin oğlanları, Cavabdeh5, Cavabdeh3, Zöhrab Tağıyev isə bacı və qardaşıdır. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı3 isə yetkinlik yaşına çatmamış qızlarıdır. Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(039)-256/2020 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 5/20 hissəsinə, 0.084 ha hektar torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5, yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3, yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Zöhrab Tağıyevin, yaşayış evinin 1/ 20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1, yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı2, yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı3, yaşayış evinin 1/20 hissəsinə, torpaq hissəsinin 1/8 hissəsinə Cavabdeh1, yaşayış evinin 1/20 hissəsinə torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2 miras payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. 100.4 m2 sahədən ibarət yaşayış evi həyətin giriş hissəsindədir. Onun və qızlarının həmin yaşayış evində hər birinə m2 olmaqla cəmi 15 m2 sahədən ibarət payları vardır. Digər hissələr cavabdehlərin payına düşür ki, bununla da onların cəmi 84.6 m2 torpaq payının evin altına düşməsidir. Həyətdə “B” tikilisi vardır ki, təsərrüfat binası kimi qeydə alınmışdır və 16.5 m2 sahədən ibarətdir və 1956-cı ildə tikilmişdir. Həyətin sol hissəsindən həyətboyu eni 2 metrdən 3 metr aralığında torpağın uzunluğunda bələdiyyət torpağı vardır. Həmin torpaq sahəsi onlarla qonşunun sərhədləri arasında yerləşir və küçəyə birbaşa çıxarıxışı vardır. Ona və qızlarına düşən torpaq payı isə 0.0105 olmaqla, cəmi 0.0315 hektardır. Aralarındakı münasibətlər elə səviyyədədir ki, birgə yaşaya bilmirlər. Cavabdehlərdən Cavabdeh5, Cavabdeh3, Zöhrab Tağıyev, Cavabdeh1 və Cavabdeh2 hər birinin də torpaq payı 0.0105 hektardır. Qızlarının atası vəfat etdiyindən onların hüquqlarını özü təmsil edirəm. Həyətin arxa hissəsində 17.05 m2 uzununda, 22.05 m2 enində tam sərbəst, daxilində heç bir tikinti olmayan torpaq sahəsi mövcuddur. Bələdiyyə torpağında olan “C” tikilisi isə qanunsuz istifadədə olan torpaq sahəsinin daxilində olduğundan bölgü zamanın digər şəxslərin hüquqları pozulmur. Naturada ayrılıb onlara verilməsini tələb etdikləri torpaq sahəsinin bələdiyyə torpağına çıxışı vardır ki, onlar da digər şəxslərin mülkiyyət hüququnu pozmadan küçəyə sərbəst çıxa bilər. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(039)-256/2020 sayl qətnaməsi ilə qeyd olunan qaydada paylar müəyyən edilmişdir. Cavabdehlərdən biri olan İddiaçı1 gəlin gəldiyi otaqda yaşayır. Cavabdeh5 vəsaiti ilə tikilən hamam-tualetdən istifadə etməyə maneçilik törətdiyi üçün qalmaqal olmamasına görə özünə hamam-tualet tikək məcburiyyətində qalmışdır. Həmin həyətin sol hissəsində olan torpaq hissəsini özünə mənimsəmək istəyir. Həmin torpaqdan onlar 1956-cı ildən bəri babaları, nənələri, bibiləri, əmisi, atası və o, istifadə etmişdir. Hazırda İddiaçı1 maneçiliyinə baxmayaraq hər gün dava-dalaşla istifadə edir. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə təqdim edərək ünvan 3 ünvanda yerləşən həyatyanı torpaq sahəsini anaları X9 bağışladıqlarını, bu səbəbdən mülki iş üzrə ilk iddia üzrə cavabdehlərin və qarşılıqlı iddia üzrə iddiaçıların əsl cavabdeh X10 və əsl iddiaçı X10 ilə əvəz olumasını xahiş etmişlər. İddiaçı1 ərizə təqdim edərək qeyd etmişdir ki, mülkiyyətçilərin dəyişməsi ilə əlaqədar əsl tərəfflə əvəz olunma barədə ərizəni Tahirə Əliyeva təqdim etməli və onların qarşılıqlı iddiasını davam etdirməsinə ilk öncə o, münasibət bildirməlidir. Mülki Prosessual Məcəllə: Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Mübahisə predmeti olan yaşayış evi və torpaq sahəsinin mülkiyyətçiləri, habelə paylar dəyişməklə cavabdehlərə aid maddi hüquq münasibətlərində dəyişmə olduğundan məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar əvəz edilməklə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçılar kimi yalnız Tahirə Əliyeva və Cavabdeh3 qəbul edilməlidir. Tərəflərin izahatları: İddiaçı1 ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlərin təqdim etdikləri çıxarışdan görünür ki, həmin həyətdə cəmi 0.084 ha torpaq sahəsi, 100.4 m2 sahədən ibarət yaşayış evi vardır. Həmin həyətin 5.25 m2 nəzərdə tutan Tağıyevlər yaşayış evini hansı tərəfə qoyduqları aydın deyildir. Halbuki, həmin 100.4 m2 yaşayış evi havada deyil, məhz 0.084 ha torpaq sahəsində yerləşdiyindən iddiaları da əsassızdır. 100.4 m2 yaşayış evini Cavabdeh3 versələr də, Tahirə Əliyevaya öz torpaq paylarını vermiş digər payçılar yaşayış evi nəzərə alınmaqla paylarını hər hansı bir şəxsə versələr də, 25 m2 yaşayış evi həmin hissədə torpaqda yerləşir. Riima Məsimova o yaşayış evinə girmək üçün havadan deyil torpaqdan getməlidir. Bu zaman isə o, həmin yolun torpağını Tahirə Əliyevadan tələb etməlidir. Tahirə Əliyeva isə sonradan həmin torpağa mülkiyyə hüququ əldə etdiyindən, o isə iddianı daha əvvəl qaldırdığından onun iddiası əsaslıdır və təmin olunmalıdır. Qarşılıqlı iddiaçıların sonradan ilk iddiaya mane olmaq üçün yaratdıqları süni maneələr onun iddiasının rədd olunmasına əsas ola bilməz. Cavabdeh Tahirə Əliyevanın nümayəndəsi Cavabdeh1, eləcə də Cavabdeh3 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasıın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmilər. Məhkəmə işə qeyd edilən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Yevlax Rayon Məhkəməsinin 2(039)-256/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnamənin surətindən görünür ki, ilkin iddia qismən və qarşılıqlı iddia tam təmin edilmiş. X1 və X2 miras qalmış, ünvan 4 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılsın və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X4; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı2; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı3; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1 payları müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə tərəflərə notariat orqanı tərəfindən müvafiq şəhadətnamənin verilməsi üçün əsas olduğu qət edilmişdir. Şəki Apellasiya Məhkəməsinin 2(107)-329/2021 saylı, 19 may 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, ilkin iş üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İş üzrə Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi iddiaçı Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 16 fevral 2023-cü il tarixə olan çıxarışının sürətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən sahəsi 100.4 m2 olan yaşayış evinin və həmin evin yerləşdiyi 0.084 ha torpaq sahəsinin mülkiyyətçilərinin payları aşağıda qeyd edilən kimidir: İddiaçı1 torpaq sahəsi 8/80 hissə, İddiaçı2 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, İddiaçı3 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, Cavabdeh3 yaşayış evi 34/40, Tahirə Əliyeva torpaq sahəsi 50/80 hissə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarənin Texniki Pasportundan müəyyən olunur ki, Mingəçevir şəhəri, Ərəş küçəsi, ünvanında sənəd üzrə torpaq sahəsi 0.084 ha, faktiki sahə 0.10071 ha, tikinti altı sahə 0.01832 ha, digər sahələr 0.08239 ha, yaşayış evinin ümumi sahəsi 99.4 m2, açıq eyvan 40.8 m2, tikinti altı sahə 163.7 m2 təşkil edir. Xüsusi qeyd olaraq vurğulanmışdır ki, həyətyanı sahədə bələdiyyə mülkiyyətinə aid 166.31 m2 qanunsuz istifadədə olan torpaq sahəsi var, “C” (anbar) literi bütövlükdə və “B” (təsərrüfat binası) literinin 21.5 m2 hissəsi həmin torpaq sahəsində yerləşdiyindən ümumi tikinti altı sahəyə daxil edilməmişdir. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 129 №-li 08 iyun 2022-ci il tarixli mütəxəssis rəyidə qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********70-10301 saylı çıxarışına əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 5 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.084 ha torpaq sahəsindən hər birinin payı 1/8 hissədə olmaqla ümumilikdə 0.0315 ha (30/80x0.084) torpaq sahəsinin tikinti altına düşməyən torpaq sahəsindən ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un tələbinə uyğundur. Təklif olunan bölgü zamanı fərdi yaşayış evinin arxa tərəfindən yerləşən tikinti altına düşməyən torpaq sahəsi 0,315 ha (19.5x16.1)m təşkl edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4680№-li, 29 noyabr 2022-ci il tarixli rəyində qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birini 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılması Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkret ölçüləri və bölgü qaydası rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. ünvan 3 ünvanda yerləşən 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin paylara uyğun (xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) təcrid şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün deyildir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən sahəsi 100.4 m2 olan yaşayış evinin və həmin evin yerləşdiyi 0.084 ha torpaq sahəsinin mülkiyyətçilərinin payları aşağıda qeyd edilən kimidir: İddiaçı1 torpaq sahəsi 8/80 hissə, İddiaçı2 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, İddiaçı3 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, Cavabdeh3 yaşayış evi 34/40 hissə, Tahirə Əliyeva torpaq sahəsi 50/80 hissə. Məhkəmə hesab edir ki, daha ətraflı araşdırılma aparıldığından payın ayrılmasının mümkünlüyünün əsası kimi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4680№-li, 29 noyabr 2022-ci il tarixli rəyi qəbul edilməlidir. Qeyd edilən sahənin texniki pasportundan müəyyən olunur ki, sənəd üzrə torpaq sahəsi 0.084 ha, faktiki sahə 0.10071 ha, tikinti altı sahə 0.01832 ha, digər sahələr 0.08239 ha, yaşayış evinin ümumi sahəsi 99.4 m2, açıq eyvan 40.8 m2, tikinti altı sahə 163.7 m2 təşkil edir, həyətyanı sahədə bələdiyyə mülkiyyətinə aid 166.31 m2 qanunsuz istifadədə olan torpaq sahəsi var, “C” (anbar) literi bütövlükdə və “B” (təsərrüfat binası) literinin 21.5 m2 hissəsi həmin torpaq sahəsində yerləşdiyindən ümumi tikinti altı sahəyə daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılmasının mümkünlüyünü ekspert belə əsaslandırmıdır ki, torpaq sahəsinin faktiki vəziyyətini, bir tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatə olunan torpaq sahəsindən giriş-çıxış yolun verilməklə və bələdiyyə mülkiyyətinə düşən tikililər sökülməklə həmin ünvanda yerləşən 0.084 ha torpaq sahəsindən hər birinin 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən payların real ayrılması Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraqtexniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, belə olan halda cavabdehlər yolun verilməsi ilə bağlı bələdiyyəyə müraciət etməlidirlər. Belə bir qaydada yolun bələdiyyə tərəfindən verilməsi isə cavabdehlərin deyil, məhz həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyənin iradəsindən asılı olacaqdır. Bu səbəbdən ilk iddia təmin edilərsə məhkəmə qərarının icrası mümkünlüyü iş üzrə tərəf olmayan bələdiyyənin qərarından asılı olacaqdır ki, bu da yolverilməzdir. Bundan başqa ilk iddia ərizəsində və ekspert rəyində qeyd edilən qaydada payın ayrılması evin və yerləşdiyi torpaq sahəsin ümumi dəyərinin aşağı düşməsinə səbəb olar ki, bu halda cavabdehlərin mülkiyyət hüququ məhdudlaşdırılmış olacaqdır. Buna görə məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı isə ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin paylara uyğun (xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) təcrid şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün deyildir. Rəy həmin hissədə belə əsaslandırılmışdır ki, qeyd edilən ünvanda 0.084 ha torpaq sahəsi və həmin sahə üzərində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, tərəflərə yaşayış evindən düşən paylar tikinti normalarından az təşkil etdiyini nəzərə alınmaqla bu bölgü mümkün deyil. Cavabdeh3 yaşayış evinə münasibətdə, Tahirə Əliyevanın torpaq sahəsinə münasibətdə payları dəyişərək artsa da, İddiaçı2 və İddiaçı3 yaşayış evinə və torpaq sahəsinə, habelə İddiaçı1 yalnız torpaq sahəsinə münasibətdə payları dəyişməz qaldığından məhkəmə hesab edir ki, həmin rəy nəticə etibarı ilə dəyişmədiyindən bu hissədə əsas kimi qəbul edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. İlk və qarşılıqlı iddialar təmin edilmədiyindən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3 və X7 qarşı ünvan 1 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birini 1/8 hissədə olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının ayrılaraq mülkiyyətinə verilməsi tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdehlər Cavabdeh3 və X8 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evindən Cavabdeh1 payına düşən evinin 1/20 (5.02 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin, Cavabdeh2 payına düşən yaşayış evinin 1/20 (5.02 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin, Cavabdeh5 payına düşən yaşayış evinin 5/20 (25.1 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin, Cavabdeh3 payına düşən yaşayış evinin 5/20 (25.1 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin və Zöhrab Tağıyevin payına düşən yaşayış evinin 5/20 (25.1 m2) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2) hissəsinin üzərinə gələrək torpaq sahəsindən verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar