Məhkəmə qərarları › İş №2(039)-2135/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2135/2023

26.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2135/2023 26.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X2 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsəsən ünvan 1 ünvanda yerləşən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və İddiaçı ümumibirgə mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə 1/5 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onun adına verilmiş çıxarışa əsasən Yevlax şəhəri, C.Əzizov küçəsi ev 67 saylı yaşayış evi ½ hissədə atası X3, ½ hissədə isə onun mülkiyyətindədir. Bundan başqa evlərinin yerləşdiyi 0.06 ha torpaq sahəsi qardaşı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Şahmal oğlunun ümumibirgə mülkiyyətindədir. Müəyyən olunan fərdi yaşayış evinin ½ hissəsi və torpağın 1/5 hissəsi onun mülkiyyətindədir. Texniki pasporta nəzər yetirilərsə işdə A hərfli ilə yazılmış evin yarası onundur. Həyətyanı torpaq sahəsi 0.06 ha ölçüdədir. Həyətin cənub və şimal hissəsi hər biri ayrı-ayrı küçələrə ayrılır. B işarəli ərazi tövlədir. Tövlənin yanından çıxış qapısı var. Həmin çıxış qapısı E.Ağayev küçəsinə açılır. Digər əks istiqamətdə torpaq sahəsi işdən görünüdüyü kimi C.Əzimov küçəsinə açılır. Hər iki tərəfin çıxış yolları vardır. Ona məxsus payın 1/5 hissəsini istəyir. Çünki o, tək, digər cavabdehlər isə vahid ailədir. Onun çox saylı təklifləri nəticə vermədiyindən ona E.Ağayev küçəsinə açılan istiaqmətdən payının 1/5 hissədə naturada ayrılmasını istəyir. Orda tövlə var. Həmin hissədən özünə ev tikdirmək, digər cavabdehlərdən ayrılmaq istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia tələbini qəbul etdiklərini iddiaçının torpaqlarının ayrılmasına etiraz etmədiklərini bildirmişdirlər. (müvafiq ərizə təqdim edirlər). Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında 0.06 yaşayış məntəqələrinin torpaqları sahəsinə yaşayış evi ½ hissə X3, ümumi birgə torpaq sahəsi Cavabdeh2, ümumi birgə torpaq sahəsi Cavabdeh1, ümumi birgə torpaq sahəsi Cavabdeh3 qızının və yaşayış evi ½ hissə ümumi birgə torpaq sahəsi İddiaçı birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə paylarının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax şəhəri, C.Əzizov küçəsi ev 67-da yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 1/5 hissəsinə iddiaçın payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat №-li ilə İddiaçı və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, C.Əzizov küçəsi ev 67-da yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 1/5 hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar